Cümə , 10 Aprel 2026

autor

VHP sədri Sabir Rüstəmxanlı ABŞ səfirliyinin diplomatları ilə görüşüb

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün partiyanın mətkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri xanım Kristin Herman Sinq və səfirin müşaviri Fil Tişyunu qəbul etmişdir. Görüşdə Azərbaycanda və bölgədə baş verən proseslər, parlament müxalifətinin fəaliyyəti, Azərbaycan-ABŞ əlaqələri, ölkədəki ictimai-siyasi vəziyyət, regional münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.

Read More »

Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan edilib

“Biz Ukrayna Kommunist Partiyasının qadağan olunması haqqında məhkəmənin, apellyasiya məhkəməsinin qərarını ötən həftə almışıq”. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyusk mayın 17-də bildirib. Onun sözlərinə görə, 2015-ci ildə Ukraynada kommunist ideologiyası, simvollarının qadağan olunması haqqında qanun qəbul edilib: “Ancaq bu da Kommunist Partiyasının bağlanmasını sürətləndirməyə yardım etmədi. 2015-ci ildən başlayan 7 illik …

Read More »

İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib

Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı dəvəti qazaxıstanlı həmkarı ilə telefon danışığı zamanı edib. Dəvət məmnunluqla qəbul olunub. Qeyd edək ki, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Read More »

Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin üçtərəfli görüşü olacaq

Bu ay Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin üçtərəfli iclasının keçirilməsi ilə bağlı ilkin razılıq əldə olnub. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildiriblər. Məlumata görə, bu ilin may ayında Azərbaycan, Ermənistan və Rusiya Baş nazirləri müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun toplantısının keçirilməsinə dair ilkin razılıq əldə edilib. Görüşün dəqiq tarixi razılaşdırılır.

Read More »

Səbail İcra Hakimiyyətinin şöbə müdiri işdən çıxarılıb

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə icra başçısı Vuqar Zeynalov əmr imzalayıb. Əmrə əsasən, icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rövşən Süleymanov işdən çıxarılıb. Hazırda onun yerinə təyinat yoxdur.

Read More »

Bakıda TBMM-nin sədri ilə TÜRKPA-nın Baş katibi arasında görüş olub

Bakıda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Sürreya Ər arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə TBMM sədri tviterdə yazıb. “Azərbaycana səfərimiz çərçivəsində TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Əri Bakıda ziyarət etdik və onun işi ilə bağlı məlumat aldıq. Özlərinə və həmkarlarına ən xoş arzularımızı çatdırdıq”, – …

Read More »

İsrailin kənd təsərrüfatı naziri: “Qarabağ regionunda əməkdaşlıq üçün yaxşı potensial var”

“Azərbaycanda əldə edilən inkişafın böyük imkanlar yaratdığı nəzərə alınaraq Qarabağ regionunda da əməkdaşlıq üçün yaxşı potensial var”. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer mayın 17-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan dövlət başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və …

Read More »

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi “İcma səviyyəsində sağlam həyat tərzi üzrə tədbirlərin təşkili” layihəsini yekunlaşdırmışdır

Boyukmillet.com xəbər verir ki, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsinin icrasını müvəffəqiyyətlə tamamlamışdır.Layihə çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park -1”, “Qobu Park – 2” və “Qobu Park – 3” yaşayış …

Read More »

İraqda hücuma hazırlaşan terrorçu qrup yaxalanıb

Şimali İraq Kürd Regional Rəhbərliyinin Təhlükəsizlik Şurası Duhok şəhərində hücuma hazırlaşdığı təsbit edilən PKK/YPG terror təşkilatının 4 nəfərlik qrupunun ələ keçirildiyini bildirib. Boyukmillet.com xəbər verir ki, silahlı qrup hökumət inzibati binalara və digər yerlərə raket hücumu planlaşdırırmış. Terror təşkilatı üzvlərinin hücumlarda istifadə etməyi planlaşdırdıqları ağır silahlar ələ keçirilib.

Read More »