Cümə , 10 Aprel 2026

autor

Ermənistan müxalifəti bu gün İrəvanı iflic edəcək

Ermənistan müxalifəti bu gün paytaxt İrəvanı iflic vəziyyətə salacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə parlamentinin vitse-spikeri, müxalif “Ermənistan” fraksiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib. “Saat 8:00-dan biz bütün şəhərdə kütləvi itaətsizlik və etiraz aksiyalarına başlayacağıq. Küçələri bağlayacağıq, nəqliyyatı bağlayacağıq. Səhər bütün şəhər iflic vəziyyətinə düşməlidir”, – o deyib. Saqatelyan dövlət qulluqçularına, işə gedəcək bütün vətəndaşlara müraciət edib: “İşəgötürənlərinizə sabah …

Read More »

NATO rəhbəri: “Türkiyə dəyərli müttəfiqdir və narahatlığı aradan qaldırılmalıdır”

“Türkiyə dəyərli müttəfiqdir və hər hansı bir təhlükəsizlik narahatlığı aradan qaldırılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığından sonra tviter hesabında yazıb. “Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ən yaxın tərəfdaşlarımız Finlandiya və İsveç tərəfindən NATO-ya üzvlük üçün müraciət qərarları haqqında danışdım. Türkiyə dəyərli müttəfiqdir və hər hansı …

Read More »

Bu gün Bakıda İƏTPA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, tədbirdə Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər. Əvvəlcə İƏTPA-nın İcraiyyə Şurasının, həmçinin qurumun Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə, Kommunikasiya və əlaqələndirmə üzrə və Qadın, gənclər və mədəni məsələlər üzrə komitələrinin …

Read More »

Ərdoğan BƏƏ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfər keçmiş prezident Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədardır. Qeyd edilir ki, Ərdoğan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşəcək.

Read More »

Tunisin DİN rəhbərinin evində partlayış olub, xəsarət alan var

Tunisin daxili işlər naziri Taufik Şarfeddinin ölkənin paytaxtında yerləşən evində partlayış baş verib, onun həyat yoldaşı yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Tunisin təhlükəsizlik xidmətindəki mənbələrə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb. İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub. Hadisə zamanı nazirin həyat yoldaşı yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Hadisədən bir neçə saat sonra Prezident Qais Səid nazir və …

Read More »

Ukrayna Mariupolun müdafiəçilərinin xilası əməliyyatına başlayıb

Ukrayna Mariupolun müdafiəçilərini xilas etmək üçün əməliyyata başlayıb. Müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, “Azovstal”ın yaralı əsgərləri işğal altındakı Novoazovskdakı xəstəxanaya təxliyə edilib. “Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Sərhəd Xidməti birlikdə “Azovstal” zavodunun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlayıb. Mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün Azovstaldan Novoazovskdakı tibb müəssisəsinə …

Read More »

Çavuşoğlu Blinkenlə görüşəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak üçün ABŞ-ın Nyu-York şəhərinə rəsmi səfər edəcək. Səfər çərçivəsində o, həmçinin ABŞ dövlət katibi Antoni Blinkenlə görüşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tviter hesabında məlumat yayıb. Məlumata görə, XİN başçısı eləcə də mayın 18-də Blinkenin sədrliyi ilə nazirlər səviyyəsində BMT-nin Baş Qərargahında keçiriləcək “Qida …

Read More »

Şəkinin bir hissəsində qaz kəsiləcək

Bu gün Şəki rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatana qədər “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil …

Read More »

Rusiyadan Azərbaycana uçuşlar artıb

Rusiyadan Azərbaycana uçuşların sayı artıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb. Qeyd edilir ki, yay mövsümü ərəfəsində Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviadaşıyıcıları üçün xaricə uçuşlar üçün 53 icazə verib. Əgər əvvəlki illərdə Avropa kurortlarına uçuşlar öndə idisə, hətta COVID-19 pandemiyasının tüğyan etdiyi İtaliyaya uçuşlara icazə verilirdisə, indi siyahıda qonşu ölkələr, ilk …

Read More »

Yunus Kılıç: “Azərbaycan liderinin hava limanının açılışında iştirakı önəmli mesajlardandır”

“Azərbaycan liderinin Türkiyədə Rizə-Artvin Hava Limanının açılışında iştirakı dünya birliyinə verilən önəmli mesajlardandır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un yerli bürosuna müsahibəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisində Qarsdan olan deputatı Yunus Kılıç bildirib. “Hesab edirəm ki, Azərbaycan Prezidentinin Rizə-Artvin Hava Limanının açılışında iştirak etməsi və möhtəşəm açılış nitqi, məhz bu siyasətin davam etdirilməsinə hesablanıb”, – …

Read More »