Bu gün Azərbaycanın ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyədə keçirilən görüşdə tərəflər Qarabağda Ermənistanın insan hüquqlarının pozulmasına dair hazırladığı hesabatı təqdim ediblər.
Read More »Telman Tahirli: “Rusiya azərbaycanlıları bilməlidirlər ki…”
“Çoxu elə bilir ki, diaspor təşkilatı pul qazanmağa yaxşı platformadır, amma…” Boyukmillet.com Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirlinin “Diaspornews.az“a müsahibəsini təqdim edir: -Telman müəllim, biz sizi təkcə dispor təşkilatı sədri kimi deyil, həm də bir jurnalist, tərcüməçi olaraq tanıyırıq. Amma istərdik oxucularımız da sizin özünüz və fəaliyyətiniz haqda məlumatlı olsun…-Mən, Hacəliyev Telman Tahir oğlu – azərbaycanlıyam, 14 yanvar 1978-ci ildə Dərbənd …
Read More »Qırğızıstan parlamentinin sədr müavini Azərbaycana gəlib
Bu gün Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Bu barədə Milli Məclisdən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında Qırğızıstan parlament nümayəndə heyətini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, …
Read More »Nikol Paşinyan Moskvada işgüzar səfərdədir
Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Hökumət başçısı Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin toplantısında iştirak edəcək. Onun səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşünün olacağı gözlənilir. Qeyd edək ki, KTMT-yə bu il Ermənistan sədrlik edir.
Read More »Vilyam Hacıyevin məhkəməsində şahid dindirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid ifadə verib. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Vüsal Niftəliyev dindirilərkən bildirib ki, hazırda işsizdir. O qeyd edib ki, V.Hacıyevin İmişli RİH-də işlədiyi dövrdə maliyyə yardımın göstərilməsi ilə bağlı rayon icra hakimiyyətinə …
Read More »Azərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 554,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Boyukmillet.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 %, qeyri neft-qaz sektorunda isə 11,4 % artıb. ÜDM istehsalının 54,8 %-i sənaye, 7,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i tikinti, 2,4 %-i kənd …
Read More »Azərbaycan Prezidenti Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədrini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Bakıda həbsdə olan tanışına toyuğun içərisində narkotik keçirən şəxs saxlanılıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilən zaman xüsusi üsulla gizlədilmiş 1 kq qəndin …
Read More »Rusiya Finlandiya və İsveçi hədələyib
“Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olardı”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, İsveç və Finlandiyanın Alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək. “Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır. Moskvanın reaksiyası isə Stokholm və Helsinki tərəfindən atılan konkret …
Read More »Litva Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
Litva Prezidenti Gitanas Nauseda mayın 18-də Azərbaycana rəsmi səfərə gələcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Litva Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bakıda Litva Prezidenti Gitanas Nausedanın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyi gözlənilir. Səfər zamanı iki ölkə arasında enerji və iqtisadiyyat sahəsində əməkdaşlığın, Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyətin, həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın müzakirə olunacağı planlaşdırılır. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar