Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə son günlərdə İsveç və Danimarkada Qurani-Kərim kitabının yandırılmasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, o bildirib ki, dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son günlərdə İsveç və Danimarkada müqəddəs Qurani-Kərim kitabının yandırılması cəhdləridir. “Biz bunu çirkin əməl kimi qınayır, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, …
Read More »Gəncədə bayram namazı qılınıb
Gəncə şəhərindəki “İmamzadə” ziyarətgahında və bütün məscidlərdə Ramazan bayramı namazı qılınıb. Boyukmillet.com xəbər verir ki, ziyarətgahda qılınan bayram namazında Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk də iştirak edib.Bayram namazından sonra Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət və bolluq arzulanıb. Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də …
Read More »İlham Əliyev və Mehriban Əliyeva Sabunçuda məktəbin açılışında iştirak ediblər
Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Prezident və birinci xanım Sabunçuda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Prezident: “Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır”
Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistan tərəfinin qəbul edilib. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Fransanın Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edərkən deyib. Dövlət başçısı sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu bildirib. Görüşdə postmünaqişə dövrü və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin …
Read More »Prezident İlham Əliyev polşalı həmkarına məktub göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Polşanın dövlət başçısı Andjey Dudaya təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən …
Read More »Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub – SİYAHI
Azərbaycanda iyunun 1-dən tibb sahəsində hansı ixtisaslar üzrə maaşların artırılacağı məlum olub. Boyukmillet.com xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Bu da 8 minə yaxın həkimə şamil olunacaq. …
Read More »Azad olunan ərazilərdə modul tipli xəstəxanalar quraşdırılacaq
“Bu il Azərbaycanda “Şuşa ili” elan olunub. Artıq orada tikinti və qurucluq işləri aparılır”. Boyukmillet.com-un xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib. Onun sözlərinə görə, Şuşada da tibbi xidmətlərin göstərilməsi zərurəti yaranmışdı: “Şuşada modul tipli xəstəxanaya 1200-dən çox müraciət olub, əməliyyatlar həyata keçirilib. Ağdam, …
Read More »Azərbaycanda daha 700 xidmət icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil edilir
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi xidmət üzrə Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlayıb və aidiyyəti quruma təqdim edib”. Boyukmillet.com-un xəbərinə görə, bunu agentliyin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib. Onun sözlərinə görə, layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi …
Read More »Prezident İlham Əliyev Fransa XİN-in Şərq Tərəfdaşlığı üzrə səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar