Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb. Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib. “Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib”, – agentliyin həmsöhbəti bildirib. Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib. Daha əvvəl güc strukturlarında bildirmişdilər …
Read More »KİV: Tramp Çinlə dostcasına mübarizə aparacaq
ABŞ Prezidenti Donald Tramp Pitsburqda çıxışı zamanı Çinlə “çox dostcasına” mübarizə aparacağını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Eyni çıxışı zamanı Amerika lideri İndoneziya ilə əvvəllər imzalanmış ticarət sazişini yüksək qiymətləndirib. Tramp, həmçinin Hindistan da daxil olmaqla, digər ticarət sazişlərinin bağlanmasına icazə verdiyini bildirib. Bağlanmış sazişə əsasən, İndoneziya ABŞ-dən təxminən 20 milyard dollarlıq enerji və kənd təsərrüfatı …
Read More »Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub
Azərbaycan boksçusu Əminə Tağı (50 kq) Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının finalında ermənistanlı Amest Afrikyanı məğlub edərək qızıl medala yiyələnib. Boyukmillet.com xəbər verir ki, o, rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Azərbaycan himni səsləndirilib. Digər qız boksçularımızdan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova …
Read More »Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir
Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir. Boyukmillet.com xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çinə apreldə dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”ə uyğun olaraq iyulun 16-da qüvvəyə minib. Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları …
Read More »ABŞ və Avropa İran sazişi üzrə avqustun sonuna qədər vaxt qoyub
ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Tehran sərt sanksiyalarla üzləşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios” portalı üç mənbəyə istinadən məlumat yayıb. Nəşrə görə, ABŞ dövlət katibi Marko Rubio və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı razılıq əldə …
Read More »KİV: İsrail Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib
İsrail ABŞ Prezidenti Donald Tramp administrasiyasının müvafiq tələbindən sonra iyulun 15-də Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən yazıb. Məlumata görə, Suriya hökuməti Əs-Suveyda bölgəsinə tankların göndərilməsi barədə İsraili əvvəlcədən xəbərdar edib və bunun bölgədə asayişin bərpası üçün edildiyini vurğulayıb. Xatırladaq ki, iyulun 13-də ölkənin cənubundakı Əs-Suveyda əyalətində toqquşmalar baş …
Read More »Mahaçqalada rusiyalı MMA döyüşçüsü güllələnib
Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib. Boyukmillet.com bu barədə “Mash” teleqram kanalına istinadən xəbər verir. Atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib. Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum maskalı şəxsin arxadan idmançıya tərəf qaçaraq azı beş dəfə atəş açması görünür. Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar. Yaralının vəziyyəti stabildir, həyatı …
Read More »NATO Baş katibi üç ölkəni Rusiya ilə ticarətə görə sanksiyalarla hədələyib
Braziliya, Çin və Hindistan Rusiya ilə ticarəti dayandırmasalar, ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər. Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte bildirib. “Mən bu üç ölkəni, xüsusən də əgər siz hazırda Pekində və ya Dehlidə yaşayırsınızsa və ya Braziliya Prezidentisinizsə, buna diqqət yetirməyə çağırıram, çünki bu, sizə çox ağır zərbə vura bilər”, – Rutte deyib. …
Read More »KİV: Britaniya Əfqanıstanın minlərlə vətəndaşını gizli şəkildə ölkədən çıxarıb
Əfqanıstan minlərlə vətəndaşı gizli hökumət sxemi çərçivəsində Böyük Britaniyaya köçürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) iyulun 15-də məsələ ilə bağlı hər hansı məlumatın dərcini qadağan edən məhkəmə qərarının ləğvindən sonra yazıb. Yenicə ictimaiyyətə açıqlanan sənədlər 2021-ci ilin avqustunda “Taliban” hakimiyyətə gələnə qədər Londonla sıx əməkdaşlıq edən 25 minə yaxın əfqanın şəxsi məlumatlarının 2022-ci ilin fevralında təsadüfən internetə …
Read More »Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub. Boyukmillet.com xəbər verir ki, kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Aida Mirzəyevadır. Kitab Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, dahi söz ustadının poeziyasındakı milli ruhun gürcü oxucusuna tanıdılması məqsədilə hazırlanıb. Monoqrafiya Tbilisidə “Universal” nəşriyyatı tərəfindən yayımlanıb və 191 səhifədən ibarətdir. Elmi redaktoru filologiya elmləri doktoru, prof.Almaz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar