Bu il müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 343 vakansiya təqdim olunub. İdarədən verilən məlumata görə, müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsi nəticəsində 2 243 nəfər işə qəbul olunub. Onlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1272 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi …
Read More »Anar Bağırov: “Bu il 30 minə yaxın vətəndaşa dövlət hesabına hüquqi yardım göstərilib”
“2021-ci ildə 30 minə yaxın Azərbaycan vətəndaşına dövlət hesabına hüquqi yardım göstərilib”. Boyukmillet.com xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib. “Bu, cinayət prosesini həyata keçirən orqanların, mülki işlər üzrə məhkəmələrin qərarlarıdır. 30 min Azərbaycan vətəndaşına dövlət hesabına hüquqi yardım gösətən vəkillər üzərlərinə düşən hüquq və vəzifələri şərəflə, layiqincə yetirməyə çalışırlar”.
Read More »Bu gün MDB ölkələri prezidentlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB üzv ölkələrinin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşü olacaq. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasımjomart Tokayev, eləcə də bu ölkənin ilk …
Read More »Energetika Nazirliyinin Kollegiyasının gələn ilə İş Planı təsdiqlənib
Energetika Nazirliyində videokonfrans formatında növbəti kollegiya iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclas kollegiyanın sədri, nazir Pərviz Şahbazovun rəhbərliyi ilə baş tutub. İclasın gündəliyi təsdiq edildikdən sonra Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsinin paylayıcı elektrik şəbəkələrinin istismar vəziyyətinin yaxşılaşdırılması, təchizatın davamlılığının təmin edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülmüş tədbirlər və qarşıda duran vəzifələr haqqında məruzəsi dinlənilib. Mövzu …
Read More »Azərbaycanın Ermənistana təhvil verdiyi zabit həbs olunub
Azərbaycanın təhvil verdiyi Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, mayor Narek Yeremyan İrəvanda həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə onun vəkili Karmen Poqosyan məlumat verib. Vəkil bildirib ki, N.Yeremyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Vurğulanıb ki, bir müddət əvvəl məhkəmə tabor komandirinin müavini olmuş N.Yeremyanın həbsi ilə bağlı vəsatətindən imtina, prokuror isə öz növbəsində məsələyə dair …
Read More »Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür
Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür. Boyukmillet.com xəbər verir ki, 28 dekabr – “Vəkil günü” münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Heydər Əliyevin xatirəsini ehtiramla yad edən vəkillər onun məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər …
Read More »Polşada əsgərləri təhqir edən siyasətçi mühakimə olunacaq
Tanınmış polşalı siyasətçi Vladislav Frasinyuk Belarusla sərhədi qoruyan əsgərləri təhqir etdiyinə görə məhkəmə qarşısına çıxarılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşanın Baş prokurorluğu məlumat yayıb. Varşava rayon prokurorluğu Vladislav Frasinyuka qarşı ittiham aktını Vrotslav-Sredmiestiye rayon məhkəməsinə göndərib. Prokurorluğun məlumatına görə, Frasinyuk sərhəddə xidmət edən əsgərlərə qarşı təhqir və alçaldıcı ifadələr işlətməkdə ittiham olunur. Ədliyyə nazirinin müavini Marçin Romanovski və …
Read More »Moldova Prezidenti MDB-nin qeyri-rəsmi zirvə görüşündə iştirak etməyəcək
Moldova Prezidenti Maya Sandu Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi zirvə görüşündə iştirak etməyəcək. “Mən bu zirvə görüşünə getməyəcəyəm. Bu cür tədbirlərə getməzdən əvvəl biz ölkə üçün gündəliyin aktuallığını təhlil edirik. MDB kontekstində bizi əsasən iqtisadi məsələlər maraqlandırır. Mən rəsmi dəvət almamışam və hətta zirvə toplantısının gündəliyi ilə tanış deyiləm”, – deyə M.Sandu bildirib. Qeyd edək ki, dekabrın …
Read More »ABŞ Prezidenti ştatlara “omikron” ştamına görə əlavə yardım vəd edib
ABŞ federal hökuməti ölkədə koronavirusun “omikron” ştamının yayılması fonunda ştatların orqanlarına əlavə dəstək verməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Cozef Bayden videobağlantı vasitəsilə ştat qubernatorları ilə görüşdə bildirib. “Biz, xüsusən də bayram fonunda koronavirusa yoluxma hallarının sayının artmasını müzakirə etdik. Keçən həftə qeyd etdiyim kimi, “omicron” narahatlıq mənbəyidir, lakin panikaya səbəb olmamalıdır. Biz insanların həyatını xilas etməyi, …
Read More »Rusiyada qəza enişi edən helikopter tapılıb, ölən var
Rusiyanın Udmurtiya Respublikasında qəza enişi edən helikopter tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib. “Xilasedicilər qəza enişi edən və göyərtəsində iki nəfərin olduğu helikopteri aşkar ediblər. Təəssüf ki, ekipaj üzvlərindən biri həlak olub. Digər şəxsə hazırda bütün lazımi köməklik göstərilir”, – deyə Aleksandr Breçalov vurğulayıb. Qeyd edək ki, hadisə ötən gün Bakı vaxtı ilə saat 15:00 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar