Cümə , 10 Aprel 2026

autor

Prezidentin xüsusi nümayəndəsi İlham Əliyevlə bağlı paylaşım edib

“Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Bu münasibətlə onu təbrik edir, daim Zəfər carçısı olmağını arzu edirik!”. Boyukmillet.com xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdəki hesabında yazıb.

Read More »

Gənclər və İdman Nazirliyi İlham Əliyevin yubileyi münasibətilə videoçarx hazırlayıb

Gənclər və İdman Nazirliyi Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə videoçarx hazırlayıb. Boyukmillet.com xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov videoçarxı tviter hesabında paylaşıb. Paylaşımda deyilir: “Liderliyi və vətənpərvərliyi ilə Azərbaycan gənclərinə, əzmkarlığı və qətiyyət ilə idmançılarımıza nümunə olan qayğıkeş Prezident, ad gününüz mübarək!”

Read More »

Mehriban Əliyeva Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Birinci vitse-prezident dövlət başçısını 60 illik yubileyi münasibətilə təbrik edib: “Hörmətli cənab Prezident! Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə – Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir …

Read More »

Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyidir

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının 60 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci …

Read More »

Hulusi Akar: “Ermənistan ona uzadılan sülh əlini zəiflik əlaməti olaraq görməməlidir”

“Ermənistan ona uzadılan sülh əlini zəiflik əlaməti olaraq görməməlidir”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib. “Azərbaycan Ermənistana sülh əlini uzadıb. Bu məsələni də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dəfələrlə dilə gətiriblər. Bizim diləyimiz, ümidimiz Ermənistanın bunu zəiflik əlaməti olaraq görüb səhv addım atmaması və bu sülh əlini tutmasıdır”, – o deyib. Nazir …

Read More »

Azərbaycan Fransaya nota verib

Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib. Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın …

Read More »

Fransa prezidentliyinə namizədin Azərbaycana girişi qadağan edilib

Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin adı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edək ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib. V.Pekrezin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərinə görə Azərbaycan XİN Fransaya nota verib.

Read More »

Qırğızıstan Prezidenti Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın bu ölkəyə təyin olunan səfiri Lətif Qəndilovun etimadnaməsini qəbul edib. Boyukmillet.com  “knews.kg”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb. Qırğız Prezidenti səfirlə ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə edib. Qeyd edək ki, S.Japarov İsveçrənin yeni təyin olunan səfiri Olive Banqerter və Monqolustanın yeni səfiri Qanxuyaq Sodnun da etibadnaməsini qəbul …

Read More »

Azərbaycanda daha 854 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 854 yeni yoluxma faktı qeydə alınıb, 1 569 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 613 059 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 724 nəfər müalicə olunaraq sağalıb, 8 257 nəfər vəfat edib. 13 078 nəfər aktiv …

Read More »