Bazar , 28 Aprel 2024
Drone Cameras

Hulusi Akar: “Ermənistan ona uzadılan sülh əlini zəiflik əlaməti olaraq görməməlidir”

“Ermənistan ona uzadılan sülh əlini zəiflik əlaməti olaraq görməməlidir”.

Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Azərbaycan Ermənistana sülh əlini uzadıb. Bu məsələni də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dəfələrlə dilə gətiriblər. Bizim diləyimiz, ümidimiz Ermənistanın bunu zəiflik əlaməti olaraq görüb səhv addım atmaması və bu sülh əlini tutmasıdır”, – o deyib.

Nazir insanların əmin-amanlıq və firavanlıq içində yaşamasına ümid etdiyini vurğulayıb:

“Ümidimiz ondan ibarətdir ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutsun, bölgədə sabitlik tezliklə təmin olunsun, bölgəyə sülh və əmin-amanlıq gəlsin, orada insanlar əmin-amanlıq və firavanlıq içində yaşasınlar”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …