Cümə , 10 Aprel 2026

autor

Politoloq: “Gələn il Azərbaycan-Rusiya münasibətlərində böyük irəliləyiş gözlənilir”

“Prezident İlham Əliyevin idarəçilik təcrübəsi sayəsində gələcəyə yönələn işlər görərək səmərəli nəticələr əldə etmək mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan – Rusiya münasibətləri, müasir Azərbaycanın inkişafında Prezident İlham Əliyevin roluna həsr olunmuş onlayn “dəyirmi masa”da rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitriy Solonnikov bildirib. O, 2020-ci ildə müharibədə qalib gələrək ərazi bütövlüyünü bərpa edən Azərbaycanın mükəmməl nəticələr qazandığını xatırladaraq deyib ki, …

Read More »

XİN başçısı: “İran-Azərbaycan münasibətlərinin inkişafı üçün təşəbbüslər var”

“İki ölkə arasında münasibətlərin inkişafı üçün təşəbbüslər var”. Boyukmillet.com “Iran Times”a istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmirabdullahian söyləyib. “Biz iki ölkənin rəsmi şəxsləri arasında iqtisadi, ticarət və mədəni sahələr üzrə qarşılıqlı səfərlərin artmasının şahidi olacağıq”, – nazir vurğulayıb. Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Azərbaycanda səfərdədir. O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə …

Read More »

Bakı İdman Sarayına yeni direktor təyin olunub – EKSKLÜZİV

Bakı İdman Sarayına yeni direktor təyin olunub. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb. Əmrə əsasən, saraya rəhbərlik Əli Əsgərova həvalə olunub. Ə.Əsgərov bu gündən fəaliyyətə başlayıb. O, yeni təyinatadək “Azərişıq” ASC-nin Təhlükəsizlik idarəsinin sədri vəzifəsində çalışıb. Qeyd edək ki, Bakı İdman Sarayına Cəlalət Kazımova rəhbərlik edib. C.Kazımova dekabrın 20-də işdən çıxarılıb.

Read More »

Vətən müharibəsi qazisinə qarşı dələduzluq edən kanal rəhbəri həbs olunub

“Bəyaz TV” Youtube kanalının rəhbəri Rüstəmov Bəhram Alməmməd oğlu dələduzluq və rüşvət verməyə təhrik etməkdə şübhəli bilinərək həbs olunub. Bu barədə  Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, B.Rüstəmovun ayrı-ayrı vətəndaşlara qarşı hədə-qorxu ilə tələb etmə və dələduzluq əməllərinə yol verməsi barədə daxil olan müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Təxirəsalınmaz tədbirlərlə B.Rüstəmovun …

Read More »

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb. Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-i saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.

Read More »

Azərbaycan-Türkiyə Enerji Forumunda 6 sənəd imzalanacaq

Bu gün Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində 6 sənəd imzalanacaq. Boyukmillet.com -un məlumatına görə, forum Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə keçiriləcək. İlk sənəd Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun Protokolu olacaq. Həmçinin, forum çərçivəsində Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair …

Read More »

Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin Zirvə toplantısı keçiriləcək

Türkiyə, Rusiya və İran prezidentləri Suriyadakı böhranlı vəziyyətdən çıxış yollarını müzakirə etmək məqsədilə 2022-ci ilin fevral-mart aylarında Tehranda Zirvə toplantısı keçirmək barədə razılığa gəlib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Haci məlumat verib. “Belə bir sammitin keçirilməsi planlaşdırılır. Bu toplantını gələn ilin əvvəlində keçirməyə hazırlaşırıq. Bu pandemiya ilə bağlı …

Read More »

Qarabağ Dirçəliş Fondu qrantın verilməsi qaydalarını təsdiqləyib

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclasında fondun gələcək planları müzakirə olunub və bir sıra sənədlər təsdiqlənib. Bu barədə Fonddan məlumat verilib. İclasda Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri – ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət …

Read More »

İranın XİN başçısının Azərbaycana səfər proqramı açıqlanıb

Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlir. Boyukmillet.com xəbər verir ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir. İranın XİN başçısının Bakıda keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və regional əməkdaşlığın perspektivləri müzakirə olunacaq. H.Ə.Abdullahian İranın IRIB telekanalına müsahibəsində deyib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və …

Read More »

Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı müqaviləni təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinə bina təhsis edilməsinə dair Protokolu” təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə müvafiq qərar imzalayıb. Sənədə əsasən, Türkiyənin İstanbul şəhərinin Fateh rayonunda yerləşən binanın aylıq kirayəsi 76 500 lirədir (hazırkı kursa əsasən, təqribən 10 500 AZN). Xatırladaq ki, noyabrın 12-də …

Read More »