Cümə , 10 Aprel 2026

autor

Ramil Usubov: “2021-ci ili məhz Zəfər dövrünün tərkib hissəsi, davamı kimi qəbul edirik”

“Fikrimcə, Vətən müharibəsində əldə olunan tarixi Qələbə bəlkə də yeganə hadisədir ki, ona münasibətdə vətəndaşlarımızın vəzifəsindən, siyasi mənsubiyyətindən, milli-dini baxışlarından asılı olmayaraq, fərqli mövqeyi yoxdur. Azərbaycan xalqının tarixi Zəfərin yüksək ruhunu yaşaması, bu qələbənin möhtəşəm təəssüratlarının davam etməsi tam təbiidir və bu ovqat həmişə mövcud olacaqdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi …

Read More »

Badamlı “İlin mineral suyu” seçilib – FOTOLAR

2002-ci ildə yaradılan “Caspian Energy Club” öz sıralarında 50 ölkəyə aid 5 mindən artıq şirkət və təşkilatı birləşdirir. Mütəmadi olaraq biznes-netvorkinq üçün müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də 17 dekabr 2021-ci ildə keçirilib.  Boyukmillet.com xəbər verir ki, keyfiyyət standartlarına, şəffaflığına və göstərdiyi həssasiyyətə görə fərqlənən “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti nominasiyalar arasında “İlin mineral suyu” mükafatına layiq …

Read More »

Sabir Rüstəmxanlı: “Jurnalist ömürlük işdir, ona 3 illik vəsiqə verə bilməzsən”

“Ölkədə ilk müstəqil qəzeti mən çıxarmışam, 5 il mətbuat naziri olmuşam. O dövrdə ilk qanunu biz hazırlamışıq. Lakin qanun yaradıcılığında heç məni yada salmayıblar”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı VHP sədri, deputat Sabir Rüstəmxanlı deyib. Millət vəkili bildirib ki, bu qanun daha çox daxili mediaya hesablanıb: “Halbuki Azərbaycan üçün əsas …

Read More »

Azay Quliyev “Media haqqında” qanun layihəsinə təkliflər verdi

Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirə olunub. Boyukmillet.com xəbər verir ki,  9 fəsil 78 maddədən ibarət layihənin müzakirəsi zamanı deputat Azay Quliyev sənədə münasibət bildirib.“Maddə 3.2.1-də qeyd olunur ki, bu qanun jurnalistlər istisna olmaqla media sublekti hesab edilməyən şəxslərə şamil edilmir. Media subyekti hesab edilməyən şəxslər hansılardır? Necə ki, 25-ci maddədə biz media subyektinin …

Read More »

Türkiyə Mərkəzi Bankından Azərbaycan manatı ilə bağlı qərar

Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi Türkiyə Mərkəzi Bankı tərəfindən “Ticarətə aid xarici valyutalar” siyahısında yer alıb. Boyukmillet.com xəbər verir ki, müvafiq cədvəl “Rəsmi Qəzet”də dərc olunub. Qeyd edilir ki, Türkiyə Mərkəzi Bankının “Ticarətə aid xarici valyutalar” siyahısına Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi daxil edilib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin dünənki iclasından sonra verdiyi …

Read More »

Azərbaycanın MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin görüşündəki müzakirələri açıqlanıb

“Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik şuralarının katiblərinin IX görüşünün əsas müzakirə mövzuları isə bölgə üçün yaranan yeni təhdidlər, miqrasiya sahəsində əməkdaşlıq, humanitar münasibətlər, informasiya-kommunikasiya texnologiyalarından cinayətkar məqsədlərlə istifadə edilməsinə qarşı mübarizə və digər məsələlər idi. MDB ölkələri üzrə həmkarlarımla keçirdiyim görüşlərdə, apardığım danışıqlarda milli, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə Azərbaycan Respublikasının münasibətini, baxışını çatdırdım. Həmçinin qlobal və bölgə üçün …

Read More »

TŞ katibi: “Cənubi Qafqazdakı inkişafa bölgənin daxilindən və kənardan təxribatlara cəhd edilir”

“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbə nəticədən daha çox başlanğıcdır. Özü də bu, Azərbaycanla yanaşı, Cənubi Qafqazı, eyni zamanda Avrasiya bölgəsini əhatə edir. Cənab Prezidentin qeyd etdiyi kimi, 10 noyabr 2020-ci ildən sonra Qafqazda heç nə əvvəlki kimi olmayacaq və artıq deyil də. Ötən bir il ərzində Azərbaycanın və onun rəhbərinin liderliyi ilə region tarixinin yeni səhifəsi açılıb. …

Read More »

Göyçay sakini “Naqan” markalı tapançanı polisə təhvil verib

Vətəndaşlarda olan qanunsuz odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən rayonun İnçə kənd sakini Dursunalı Allahverdiyev “Naqan” markalı tapançanı könüllü olaraq təhvil verib. Faktla bağlı araşdırma aparılır.

Read More »

General-polkovnik Ramil Usubov: “Qarabağ və Şərqi Zəngəzur üçün ciddi təhlükə yoxdur”

“Azad olunan bölgələrin yenidən dirçəlişi, inkişaf salnaməsi məhz Prezident İlham Əliyev tərəfindən yazılır. Zəfər Komandanı indi Qurucu Lider kimi Qarabağı və Şərqi Zəngəzuru Qafqazın ən böyük tikinti meydanına, güclü inkişaf ünvanına, möhkəm təhlükəsizlik məkanına çevirir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib. Azərbaycan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu …

Read More »

Baku TV, “Space” və APA TV-nin jurnalistləri Daşkəsəndə təzyiqlə üzləşiblər

Baku TV, “Space” telekanalı və APA TV-nin jurnalistləri Daşkəsən rayonunda təzyiqlə üzləşiblər Sosial şəbəkələrdə Daşkəsənin Dəstafur kənd sakini, şəhid anası Sevda Şıxıyevanın rayon icra hakimiyyətinin Dəstafur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova tərəfindən döyülməsi barədə iddialar yayılıb. Boyukmillet.com xəbər verir ki, “Baku TV, APA TV və “Space”in əməkdaşları hadisənin təfərrüatını araşdırdıqda hadisənin söylənilənlərin tam fərli olduğu, şəhid anasının …

Read More »