Vətəndaş İskəndərov Ziyəddin Məhəmməd oğlu öz həyat yoldaşı İsgəndərova Vəfa Culu qızının adına “Sahil -D Kompani” MMC dən 2008-ci ildə aldığı mənzili onun əlindən zorla alıb, başqasına vermək istəyirlər. Qeyd edək ki, sözügedən mənzil qanuni çıxarışla bu ailənin mülkiyyətinə aiddir. 2021-ci ilin oktyabr ayında məlum olub ki, Samirə Səfərova adlı bir xanım mənzilin ona aid olması ilə bağlı məhkəmə iddiası …
Read More »İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlanıb
Azərbaycan Televiziyası (AzTV) Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb. Boyukmillet.com xəbər verir ki, film “Prezident. Təkrarsız diplomatiya” adlanır. Ekran işində prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibəsi yer alır. Onlar Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları …
Read More »Deputatlar daha bir qanunu ləğv ediblər
Azərbaycanda daha bir qanun ləğv edilib. Boyukmillet.com xəbər verir ki, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun ləğv edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Read More »Parlament sahibkarlıq fəaliyyətinə verilən icazələrin artırılması barədə layihəni qəbul edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə sənaye məhəllələrinin və aqroparkların rezidentlərinə verilən qeydiyyat şəhadətnamələri sahibkarlıq fəaliyyətinə icazələrin siyahısına daxil edilir. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Read More »Azərbaycanda əmək qanunvericiliyi barədə qərarları icra etməyənlər cərimələnəcək
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə əmək qanunvericiliyinə əməl olunması barədə qərarların icra edilməməsinə görə cərimələr müəyyənləşib. Belə ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və …
Read More »ƏƏSMN əlillərin müavinətlərinin hansı qaydada artırılacağına aydınlıq gətirib
Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının imzaladığı yeni Fərmanlar bu istiqamətdə növbəti mühüm addım olmaqla, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılmasını nəzərdə tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata …
Read More »Baş prokurorun birinci müavini helikopterin qəzaya uğraması ilə bağlı aparılan istintaqdan danışıb
“Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət …
Read More »Baş Prokurorluq: “Zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb”
“Helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin …
Read More »Fəxri adlara görə verilən təqaüd artırılıb
Prezident İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 150 manatdan 180-ə və 100 manatdan 120-yə çatdırılıb. Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Read More »Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb
Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 29 avqust 2013-cü il tarixli fərmanında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, gələn ildən Azərbaycanda yaşa görə müavinət 130 manatdan 180 manata, I dərəcə əlilliyə görə müavinət 150 manatdan 220 manata, II dərəcə əlilliyə görə müavinət 130 manatdan 180 manata, III dərəcə əlilliyiə görə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar