Cümə , 10 Aprel 2026

autor

“Şərq qapısı” qəzetinin 100 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1iyun tarixli Sərəncamına əsasən dekabrın 18-də “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbiri keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Şərq qapısı” qəzetinin 100 illik yubileyi münasibətilə kollektivi, muxtar respublikanın bütün mətbuat işçilərini, ziyalıları və oxucuları təbrik edərək demişdir: 1921-ci ildə …

Read More »

Sima Babayeva: 85 yaşlı anamıza dəstək olaq

Boyukmillet.com-un redaktoru Sima Babayeva öz facebook hesabında 85 yaşlı qadını aldadaraq evini əlindən alan şəxs haqqında paylaşım edib. Həmin paylaşımı sizlərə təqdim edirik: Fırıldaqçıların, zalımların ölkədə yoxa çıxacaqlarına, tükənəcəklərinə heç vaxt inanmamışam. Belə tipli insanlar hər yerdə var, yəqin ki, olacaqlar. Şəkildə gördüyünüz bu qadın belə fırıldaqçılardan biridir. Adı Könül Həsənovadır. Deməli bu qadınların üz qarası əvvəllər müəllimə işləyib. Görünür …

Read More »

Azərbaycan qəbiristanlıqların dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara hesabat təqdim edəcək

Ombudsman Səbinə Əliyeva işğaldan azad olunmuş Füzuli rayonundakı qəbiristanlıqların işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı faktaraşdırıcı missiya həyata keçirir. Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə ölkəmizə qarşı ağır artilleriya qurğularından, qadağan olunmuş silahlardan istifadə edilməsi nəticəsində, eləcə də birbaşa qəsdlə Füzuli rayonunda da bütün mülki obyektlər, yaşayış məntəqələri, tarixi-mədəni, dini abidələr, hətta soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqlar da amansızcasına …

Read More »

Türkiyə səfirliyi yol qəzasında ölən azərbaycanlıların ailələrinə başsağlığı verib

Türkiyənin Azərbaycandakı Səfirliyi Qars şəhərinin Sarıqamış rayonunda dünən baş verən ağır yol qəzasında ölən azərbaycanlıəların ailələrinə başsağlığı verib. Bu barədə “Report” səfirliyin tviterdəki hesabına istinadən xəbər verir. “Qarsın Sarıqamış rayonunda baş verən avtobus qəzasında ikisi Azərbaycan vatandaşı olmaqla dörd nəfər həyatını itirib. Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbirlə başsağlığı, yaralılara şəfalar diləyirik”, – səfirliyin tviterdəki hesabında qeyd edilib.

Read More »

Aİ Şurasının Prezidenti: “On erməninin azad edilməsini alqışlayırıq”

“Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə müzakirələrin ardınca Bakıda saxlanılan 10 erməninin azad edilməsini səmimiyyətlə alqışlayırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviter hesabında paylaşım edib. Paylaşımda deyilir: “Əsirlərin azad olunması Brüsseldə müzakirə edildiyi kimi etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir. Aİ saxlanılanların İrəvana transferin həyata keçirib”.

Read More »

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Pakistanda görüşüblər

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən növbədənkənar iclası çərçivəsində görüşüblər. Bu barədə “Report” Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar. Tərəflər Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən 3+3 əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə …

Read More »

Türkiyədə avtobus qəzasında ölənlərdən ikisi Azərbaycan vətəndaşıdır

Dekabrın 18-də Türkiyənin Qars şəhərinin Sarıqamış rayonunda baş verən faciəvi avtobus qəzasında 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həyatını itirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi tviter səhifəsində məlumat yayıb. Məlumatda deyilir: “Bütün dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı və səbr, yaralananlara isə tezliklə şəfa diləyirik”. Səfirlik bildirir ki, Qarsda baş vermiş avtobus qəzasında vəfat edənlərin və yaralıların …

Read More »

Avropa İttifaqı Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Aİ-nin təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ rəsmisi özünün tviterdəki hesabında yazıb. O, qeyd edib ki, Ermənistanın 10 hərbçisini vətənə qaytara bildiyinə görə şaddır. Toivo Klaar Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb. Aİ rəsmisi birliyin hər …

Read More »

Azərbaycan Avropa İttifaqının təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa …

Read More »

MN: Azad olunmuş ərazilərdə 17 255 mina və partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada …

Read More »