Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığı mesajında deyilir: “Qardaş ölkə Azərbaycanımızın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonunun Qaraheybət Hərbi Hava Limanında təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində onlarla soydaşımızın həlak olması və yaralanması xəbərini böyük kədərlə öyrəndim. …
Read More »Mövlud Çavuşoğlu ATƏT sədri ilə görüşüb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bunu M.Çavuşoğlu tviter səhifəsində yazıb. Tərəflər Əfqanıstan və Ukraynadakı vəziyyət daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.
Read More »Prezidentin köməkçisi jurnalistlərə müraciət edib
“Ermənistan mediasında kifayət qədər fayknyus xarakterli məlumatlar yayılır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib. O, Azərbaycanın media nümayəndələrinə müraciət edib: “Ermənistan mediasına istinadları minimuma endirək. Çünki kifayət qədər saxta, yalan məlumatlar yayılır. Bu, Ermənistanın daxilndə gedən proseslərlə bağlıdır. Ermənistanda daxili istehlak naminə olan məlumatlar ortaya …
Read More »“Neftçi”nin sabiq baş məşqçisi Azərbaycanın iki yığmasına rəhbərlik edəcək
“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov yeni vəzifəyə təyin olunub. Boyukmillet.com-un məlumatına görə, 44 yaşlı mütəxəssis Azərbaycanın U-15 və U-16 yığmalarının sükanı arxasına keçib. Bundan başqa AFFA İcraiyyə Komitəsi Elxan Abdullayevi U-17, Aqil Nəbiyevi isə U-18 millilərinin baş məşqçisi kimi növbəti müddətə təsdiqləyib.
Read More »ABŞ və Böyük Britaniya səfirləri Emin Hüseynovla görüşüblər
ABŞ səfiri Örl Litzenberger və səfir Şarp Ağdama səfər ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı ABŞ səfirliyi yayıb. Bildirilib ki, onlar Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüşmək və şəhərin vəziyyəti ilə yaxından tanış olmaq üçün Ağdama səfər ediblər. Səfir hər 2 tərəfdən insan itkiləri ilə bağlı ailələrə …
Read More »Prezidentin köməkçisi: “Azərbaycan Soçi görüşünün nəticələrini müsbət qiymətləndirir”
“Prezident İlham Əliyev tərəfindən də qeyd edilib ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırdır”. Bunu “Report”a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, burada da əsas parametr və prinsip dövlətlərin ərazi bütövlüyü, suverenliyi və toxunulmazlığı olmalıdır: “Soçi görüşünün nəticələri Azərbaycan tərəfindən müsbət qiymətləndirilir. Qəbul olunmuş bəyanatda da əks …
Read More »İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana məktub göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir:“Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin müstəqilliyinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında güclü İslam həmrəyliyinə əsaslanan dövlətlərarası münasibətlər və …
Read More »Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
İşğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir. Daxili İşlər Naziliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin …
Read More »Ermənistan Baş Prokurorluğu İqtisadiyyat Nazirliyində yoxlamalara başlayıb
Ermənistan İqtisadiyyat Nazirliyi hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Boyukmillet.com “News.am”a istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb. Bildirilib ki, Ermənistanın Hesablama Palatası Baş Prokurorluğa cinayət əlamətlərinin yer aldığı materiallar göndərib. Söhbət 2021-ci ilin 9 aylıq dövlət büdcəsinin icrasının yoxlanılmasından gedir. Baş prokurorun müşaviri Qor Abrahamyan istintaqın davam etdiyini bildirib.
Read More »Hikmət Hacıyev: “Azad edilən ərazilərə faktaraşdırıcı missiya göndərməsi üçün UNESCO-ya müraciət etmişik”
“Bu gün mədəniyyətlər arasında əməkdaşlıq vacibdir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə çox şeyləri dəyişdi: “Ümumilikdə Cənubi Qafqazda vəziyyət dəyişdi”. H.Hacıyev bildirib ki, azad edilən ərazilərdə hər şey dağıdılıb: “Biz orada Azərbaycan mədəni …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar