Bazar ertəsi , 6 Aprel 2026

autor

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Read More »

İran Qətəri ABŞ bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib

İran Qətəri ABŞ bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb. Diplomatik mənbələr bildiriblər ki, ABŞ Hərbi Hava Qüvvələrinin regiondakı ən böyük aviabazası – “Əl-Üdeyd” Qətər ərazisində yerləşir. Qəzet yazıb ki, ABŞ İsrailin Tehrana qarşı əməliyyatına qoşulmağa qərar verərsə, İran zərbələrinin hədəfləri Yaxın Şərq boyunca Vaşinqtonun …

Read More »

Rusiya Ermənistan səmasının onun üçün bağlana biləcəyindən ehtiyat edir

Moskva ehtiyat edir ki, Ermənistanın avrointeqrasiyasının dərinləşməsi onun hava məkanının Rusiya təyyarələri üçün bağlanmasına gətirib çıxara bilər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sessiyasında çıxışı zamanı bildirib. “Rusiyanın hazırda Avropa İttifaqı ilə hava əlaqəsi yoxdur. Avropa İttifaqının hava məkanı Rusiya təyyarələrinin uçuşu üçün bağlıdır. Ermənistan da səmasını bağlayacaq? Əgər …

Read More »

Ömürlük məhkum “Gəncəli Mübariz”in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib

Ömürlük məhkum “Gəncəli Mübariz” kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb. Boyukmillet.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ramin Niyazovun verdiyi şikayət təmin edilməyib, Eldəniz Verdiyev barəsində təqsirləndirilən şəxs qismində verilməsi ilə bağlı bəraət qərarı çıxarılıb. Məlumatı …

Read More »

Ayxan Hacızadə: 600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib

İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuza daxil olan müraciətlər əsasında ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. O qeyd edib ki, İranı tərk etmək istəyən Azərbaycan Respublikası …

Read More »

İranın Müdafiə Nazirliyinə məxsus agentliyin qərargahı vurulub

İsrail hərbçiləri Tehranda onlarla hədəfi, o cümlədən İran Müdafiə Nazirliyinin Müdafiə İnnovasiyaları və Tədqiqatları Agentliyinin (SPND) qərargahını vurub. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail Müdafiə Qüvvələri (IDF) Tehranın mərkəzində silsilə zərbələri tamamlayıb: onlarla hədəf, o cümlədən raket istehsalı ilə bağlı hərbi obyektlər, İranın nüvə layihəsi ilə əlaqəli SPND qərargahı vurulub”, – məlumatda bildirilir.

Read More »

Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb

Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Azərbaycanda məhkəmə başlayıb. Boyukmillet.com xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə həm ingilis, həm də fransız dilini bilən tərcüməçilər iştirak edib. Təqsirləndirilən şəxs tərcüməçilərə etiraz etməyib. Daha sonra təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah olunub. Təqsirləndirilən şəxs hakimlərə …

Read More »

Avstraliya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırır və konsulluq xidmətini Azərbaycana göndərir

Avstraliya hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən bütün Avstraliya rəsmilərini və onların ailə üzvlərini İrandan çıxarmaq və Tehrandakı səfirliyin fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar verdiyini elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Avstraliya İttifaqının xarici işlər naziri Penni Vonqun bəyanatında bildirilib. “Avstraliya hökuməti bütün rəsmi şəxslərə və onların ailələrinə İranı tərk etmək göstərişi verib və ölkədə pisləşən təhlükəsizlik qiymətləndirməsinə əsaslanaraq Tehranda səfirliyin …

Read More »

Ağ ev: Tramp iki həftə ərzində ABŞ-nin İrana zərbələr endirəcəyi barədə qərar verəcək

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Tehranla onun nüvə proqramı üzrə diplomatik əlaqə şansları var və iki həftə ərzində ABŞ-nin İrana zərbələr endirəcəyi barədə qərar verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün müntəzəm brifinqdə bildirib. “İranla danışıqların yaxın gələcəkdə baş tuta biləcəyi və ya baş tutmayacağı ilə bağlı əhəmiyyətli ehtimal olduğu …

Read More »