Cümə , 10 Aprel 2026

autor

Ermənistanın xarici işlər naziri İsveçə gedib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İsveçə səfərə gedib. Boyukmillet.com xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Vaan Unanyan deyib. O, dekabrın 1-dən 2-dək ATƏT xarici işlər nazirlərinin Stokholmda keçiriləcək iclasında iştirak edəcək. A.Mirzoyanın ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Read More »

Böyük Britaniya səfiri Tərtər rayonunda minatəmizləmə işləri ilə tanış olub

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtər rayonunda aparılan minatəmizləmə işləri ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir tviter səhifəsində paylaşım edib. “Böyük Britaniyanın RPS şirkətinin minatəmizləmə işlərində ANAMA-ya dəstək verdiyini görmək üçün Tərtərə səfər etdim və cəsur azərbaycanlı minatəmizləyənlərlə görüşməkdən şərəf duydum”, – səfir yazıb.

Read More »

Ceyhun Bayramov İsveçə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Stokholma işgüzar səfərə yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Read More »

GUAM helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın tviter səhifəsində paylaşım edilib. “Hərbi helikopterin təlimlər zamanı faciəvi şəkildə qəzaya uğraması haqqında xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, yaralılara tez bir …

Read More »

Laçında hərbi və mülki təyinatlı obyektlər su ilə təchiz edilib

Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir. Boyukmillet.com xəbər verir ki, işğaldan azad olunmuş Laçın rayonunda təxirəsalınmaz tədbirlər görülərək hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının məlumatına görə, Laçın …

Read More »

Selçuk Bayraktar: “Azərbaycanda helikopter qəzası ürəyimizi parçaladı”

“Bu gün (dünən-red) Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı. Can Azərbaycanın dərdini ürəkdən paylaşırıq”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar özünün tviter səhifəsində yazıb. “Şəhid olan qəhrəman hərbçilərimizin ruhu şad, məkanı cənnət olsun. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram. Türk millətinin başı sağ olsun”, – Selçuk Bayraktar sosial şəbəkə hesabında qeyd edib. Qeyd edək ki, dünən …

Read More »

Pakistan səfirliyi Azərbaycana başsağlığı verib

Pakistanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi tviter səhifəsində paylaşım edilib: “Azərbaycan helikopterinin faciəvi şəkildə qəzaya uğraması və 14 peşəkar hərbçinin həlak olması xəbəri bizi kədərləndirib. Allah şəhidlərin cənnətdəki məqamını uca etsin. Hüznlü ailələr və qardaş Azərbaycan xalqı üçün dua …

Read More »

XİN Laçının işğaldan azad olunmasının 1 ili ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tviterdəki hesabında Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il keçməsi ötməsi ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “1 dekabr, 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Laçın rayonunda üçrəngli bayrağımızı ucaltdı”. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və …

Read More »

Türkiyə Prezident Administrasiyasının rəsmisi Azərbaycana başsağlığı verib

Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, Prezident Administrasiyasının rəsmisi bununla bağlı özünün tviterdəki hesabında yazıb. “Can Azərbaycanda bu gün hərbi helikopter qəzasında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”, – İsmail Demir …

Read More »

Laçının erməni işğalından azad olunmasından bir il ötür

Bu gün Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. Boyukmillet.com xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal etmişdi. …

Read More »