Cümə , 10 Aprel 2026

autor

Baş prokurorun birinci müavini: “Helikopter qəzasında həlak olanların meyitlərinin müayinələri həyata keçirilib”

“Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların meyitlərinin daxili və xarici müayinələri həyata keçirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, hazırda hadisə ilə bağlı intensiv zəruri istintaq hərəkətləri davam etdirilir.

Read More »

Azərbaycan Ordusu Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan və tankəleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib. Əlahiddə Ümumqoşun Ordudan  verilən məlumata görə, artilleriya bölmələri “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən təyinat rayonlarına hərəkət edərkən verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə açılaraq döyüş tətbiqinə hazırlanıb. Döyüş şəraitinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilən taktiki …

Read More »

Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib

“Azərbaycanda bu gün Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlənərək öyrəndik”. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın tviter səhifəsində qeyd olunub. “Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, qardaş Azərbaycan xalqına və qəhrəman Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildiririk”, – tvitdə bildirilib. #Azerbaycan’da bugün Devlet Sınır Hizmetlerine ait helikopterin düştüğü haberini üzülerek öğrenmiş bulunuyoruz. Bu elim …

Read More »

Hərbi helikopterin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur. Bu barədə  Baş Prokurorluqdan məlumat verilib. İstintaqın hazırkı mərhələsində müəyyən edilib ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək …

Read More »

Türkiyədə qum fırtınası nəticəsində 36 avtomobil toqquşub, 13 nəfər yaralanıb

Türkiyədə Konya-Ankara yolunda 30 avtomobilin toqquşması zamanı əmələ gələn zəncirvari qəza nəticəsində çoxlu sayda insan yaralanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, qəzanın baş verməsinə səbəb qum fırtınası olub. Məlumata görə, Konya-Ankara avtomobil yolundakı qəza nəticəsində 2-si ağır olmaqla 6 nəfər yaralanıb. Qum fırtınası Aksaray-Adana avtomobil yolunda da qəzaya səbəb olub. Bor-Zəngən yolunda isə 6 avtomobilin …

Read More »

Fəxrəddin Altun: “Azərbaycanın kədəri Türkiyənin kədəridir”

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com-un xəbərinə görə, o, bu barədə tviter hesabında paylaşım edib. “Azərbaycan Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması nəticəsində həlak olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa arzulayırıq. Azərbaycanın kədəri Türkiyənin kədəridir. Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun!” – paylaşımda …

Read More »

Helikopter qəzasında yaralananların durumu açıqlanıb

“Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması zamanı yaralanan iki nəfər hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) hospitalındadırlar”. Boyukmillet.com xəbər verir ki, bunu DSX-nin rəis müavini general-leytenant İlham Mehdiyev deyib. Hadisə zamanı yaralanan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlunun vəziyyətindən danışan DSX rəisinin müavini deyib: “Onlar ayaq üstədirlər”. Qeyd edək ki, qəza …

Read More »

Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban …

Read More »

Helikopter qəzası ilə bağlı cinayət işi açılıb, Baş prokuror hadisəni xüsusi nəzarətə götürüb

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində 14 nəfər həlak olmuş 2 nəfər xəsarət alıb. Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq …

Read More »

Helikopter qəzasında 14 nəfər həlak olub, 2 nəfər yaralanıb – ADLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, DSX-nin rəisinin müavini İlham Mehdiyev bildirib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Həlak olan hərbi qulluqçuların adları: 1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu; 2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu; 3. mayor Həsənov Elmir Mircəlil oğlu; 4. mayor Əhmədov Elbrus …

Read More »