Aparılan tədqiqatlardan əldə olunmuş nəticələr bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Boyukmillet.com xəbər verir ki, bu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumatda bildirilib. Qeyd olunub ki, əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. “Səhiyyə …
Read More »Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verib
“Bu gün baş verən faciəvi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb. “Qəhrəman Azərbaycan Silahlı Qüvvələri və Can Azərbaycan hökumətinin və xalqının başı sağ olsun”, – o əlavə edib.
Read More »Aşıq Ələsgərin Bakıda abidəsi ucaldılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncam Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin. …
Read More »Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib
Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər. Bu barədə “Report” hüquq-mühafizə orqanlarından məlumat əldə edib. Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. …
Read More »Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İstanbul şəhərində qasırğa nəticəsində ölən və yaralananların olmasına görə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığı mətnində deyilir: “Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”. Qardaş #Türkiyə/nin #İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına …
Read More »ABŞ-da 11 yaşlı azərbaycanlı şahmatçı beynəlxalq reytinqli turnirin qalibi olub
ABŞ-da yaşayan azərbaycanlı məktəbli Əlixan Kərim beynəlxalq reytinqli şahmat yarışının qalibi olub. “Report”un yerli bürosu xəbər verir ki, 11 yaşlı şahmatçı yaşadığı Virciniya ştatında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkil otdiyi turnirlərə qatılıb. İlk dəfə iştirak etdiyi yarışda o, yaşıdları arasında xüsusi bacarığı ilə seçilərək birinci yeri tutub. Gənc istedad bu növ üzrə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində bu il 52-ci …
Read More »ÜST: “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır”
“İlkin məlumatlara görə, “Omikron” ştamı COVID-19 infeksiyasına yüksək təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq keçirmiş şəxslərin bu ştama yoluxma riski virusun digər variantlarına yoluxma riskindən daha çoxdur”. Bunu Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər. “İlkin məlumatlara görə, Cənubi Afrikada xəstəxanaya yerləşdirmə halları artmaqdadır, lakin bu, məhz “Omikron” ştamına yoluxanların deyil, virusun bütün ştamlarına yoluxanların sayının çoxluğu ilə əlaqədar ola bilər. …
Read More »Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var
Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə …
Read More »Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirib
2021-ci il üçün döyüş hazırlığı planına əsasən Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Atışlarının əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir. Hava hücumundan müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkar olunan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra edilib.
Read More »Türkiyədə ardıcıl iki zəlzələ olub
Türkiyədə iki dəfə zəlzələ qeydə alınıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:00-da İzmirdə, 5,1 maqnitudada qeydə alınıb. Zəlzələnin episentri Urla sahillərində yerləşib. Qəndilli rəsədxanası zəlzələnin maqnitudasının isə 5,3 olduğunu açıqlayıb. Rəsədxanadaın verilən məlumatına görə, 5,3 bal gücündə zəlzələdən az sonra …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar