“İran və Azərbaycan prezidentlərinin iradəsi qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətindədir”. Boyukmillet.com “Mehr”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian tviter səhifəsində yazıb. Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşə toxunan nazir bildirib ki, görüşdə tranzit, energetika, turizm, mədəniyyət və başqa sahələrdə …
Read More »COJEP INTERNATIONAL Avroasia Koordinatorluğununu təşkilatçılığı və TİKA-nın dəstəyi ilə QHT-lərin konfransı keçirilib – FOTO
COJEP INTERNATIONAL Avroasia Koordinatorluğununu təşkilatçılığı və TİKA-nın dəstəyi ilə Bakıda ikinci “Vətəndaş Cəmiyyətinin Bacarıqlarının Gücləndirilməsi Proqramı” keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 100-ə yaxın qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən konqresin açılış proqramında Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Ağacavid Ramazanov, Türkiyənin Bakı səfiri Cahit Bağcı, TİKA-nın Bakı Proqram Koordinatoru Fatih Yılmaz, COJEP International Prezidenti Ali Gedikoğlu, COJEP International Baş Katibi …
Read More »Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını dekabrın 7-də açıqlayacaq
Haaqa Məhkəməsi Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası ilə bağlı qərarı dekabrın 7-də çıxaracaq. Bu barədə Beynəlxalq Ədalət Məhkəməsindən məlumat verilib. Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsinin sədri, hakim Coan Donohyu məhkəmə qərarını açıq iclas zamanı açıqlayacaq. COVID-19 pandemiyası ilə əlaqədar məhkəmə zalında yalnız məhkəmə üzvləri və tərəflərin nümayəndələri iştirak edəcək. Xatırladaq ki, bu il …
Read More »“Ana Vətən Türkiyə hər zaman yanımızdadır” – Ersin Tatar
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Türkmənistanın paytaxtı Aşqabadda düzənlənən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısında Quzey Kıbrıs Türk Cümhuriyyətinin səsi olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana öz adından və Kıbrıs Türk xalqı adından təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, Ersin Tatar bunları deyib: “Kiprdə federal həllin mümkün olmadığını gördükdən sonra Cenevrədə ilk dəfə danışıqlar masasına qoyduğumuz iki …
Read More »Kəlbəcərin Qılınclı kəndinin görüntüləri
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Qılınclı kəndindən videogörüntülər yayıb. Boyukmillet.com görüntüləri təqdim edir.
Read More »Dünyada yeni respublika yaranıb, kraliça II Yelizaveta dövlət başçısı vəzifəsindən kənarlaşdırılıb
Karib dənizindəki Barbados ada dövləti çərşənbə axşamı günü rəsmi şəkildə respublika olub. Boyukmillet.com xəbər verir ki, ölkənin oktyabr ayında seçilən Prezidenti Sandra Meyson vəzifəsinin icrasına başlayıb. Böyük Britaniya kraliçası II Yelizaveta bundan sonra Karib hövzəsi dövlətinin başçısı olmayacaq. Mərasim Barbados hökumətinin saytında yayımlanıb. Mərasimin qonağı bazar günü Barbadosa gedən Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz olub. Barbadosun paytaxtı Brictaundakı Milli …
Read More »Azərbaycan neftinin yükləndiyi 1 000-ci tanker Supsa terminalından yola salınıb
bp-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb. Boyukmillet.com xəbər verir ki, İtaliyaya yola düşən “Stamos” adlı 1 000-ci tankerə AÇG yatağından hasil olunmuş və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca təhlükəsiz şəkildə nəql edilmiş 650 000 barel xam neft yüklənilib. “Bakı-Supsa …
Read More »BMT: Dünyada koronavirusa qarşı vaksinasiya qeyri-kafidir
Dünya koronavirusa qarşı qlobal peyvəndlə ayaqlaşmır. Boyukmillet.com xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib. “Biz olmaq istədiyimiz yerdə deyilik”, – o qeyd edib. BMT rəsmisi bildirib ki, 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40% -ni peyvənd etmək planlaşdırılırdı. Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş də dünya ölkələrini yeni “omikron” ştamının yayılması ilə …
Read More »Qırğızıstan yeni ştama görə giriş qaydalarını sərtləşdirir
Qırğızıstan Nazirlər Kabineti dekabrın 1-dən ölkədə yeni ştamın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər planını qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Yeni qaydalara görə, ölkəyə daxil olmaq üçün əcnəbi vətəndaşlar peyvənd olub-olmamasından asılı olmayaraq PCR testindən keçməli və mənfi nəticə verməlidirlər. Nazirlik və idarələrə COVID-19-un yeni ştammı ilə bağlı respublikada epidemioloji vəziyyətin ağırlaşması …
Read More »“Google” dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb
“Google” axtarış saytının əsas səhifəsi dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb. Boyukmillet.com xəbər verir ki, axtarış sistemi alimə həsr olunmuş dudl təqdim edib. Axtarış sisteminin istifadəçiləri dudlu klik etməklə Lütfi Zadə barəsində məlumatlar olan saytlara, səhifələrə keçid edə bilərlər. Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakının Novxanı kəndində dünyaya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar