Bazar , 22 Noyabr 2026
Drone Cameras

XİN başçısı: “Azərbaycan və İran prezidentləri əlaqələri inkişaf etdirmək istəyirlər”

“İran və Azərbaycan prezidentlərinin iradəsi qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətindədir”.

Boyukmillet.com “Mehr”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian tviter səhifəsində yazıb.

Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşə toxunan nazir bildirib ki, görüşdə tranzit, energetika, turizm, mədəniyyət və başqa sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

“İki ölkə və xalqları qonşuluqdan başqa, həm də yaxın qohumdur”, – XİN başçısı vurğulayıb.

Check Also

Paşinyan Azərbaycan lideri ilə Ermənistanın yeni konstitusiyasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşdə Ermənistanın yeni konstitusiyasının …