Bazar ertəsi , 6 Aprel 2026

autor

Gəncədə daha bir məktəblinin cəsədi tapılıb

Onun ötən ay Gəncədə binadan yıxılaraq öldüyü bildirilən 18 yaşlı Elgün İbrahimovla eyni məktəbdə təhsil aldığı bildirilir İyunun 18-də Gəncədə “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı Ümid Niftəliyev adlı yeniyetmənin cəsədinin aşkarlandığı bildirilir. Məlumata görə, Ümid Niftəliyev qardaşının təmir sexində usta köməkçisi işləyirmiş. Mətbuatda 15 yaşlı yeniyetmənin intihar etdiyi iddia olunub. “İlkin müayinələrdən sonra Niftəliyevin təmir sexində …

Read More »

İran İsrailə zərbələrin dayandırılması üçün şərtləri açıqlayıb

İranın zərbələri yalnız İsrail “cəzalandırıldıqda” və respublikaya təzminat ödədikdə dayandırılacaq. Boyukmillet.com IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirilib. “Düşmən cəzalandırılana və təzminat ödənilənə qədər cavab tədbirləri davam edəcək”, – bəyanatda qeyd olunub.

Read More »

Ermənistan ordusunun ən böyük birləşməsinin Azərbaycanı atəşə tutmasına dair məxfi əmri məhkəmədə tədqiq edilib

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin – qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənəd tədqiq edilib. Boyukmillet.com xəbər verir ki, 2020-ci il sentyabrın 25-də imzalanmış 0671 saylı sənəd “Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul edilməsi haqqında” əmr adlanır. Sənədlə, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il …

Read More »

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Biz eyni bayrağın kölgəsində dua edən, eyni istiqlal üçün can verən bir millətin iki dövləti, tək ürək daşıyan övladlarıyıq. Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan?”

Read More »

Macarıstan İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb

Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto sosial şəbəkə səhifəsindəki videomüraciətində bildirib. XİN başçısı qeyd edib ki, Macarıstanın altı vətəndaşı artıq Azərbaycan vasitəsilə İranı tərk edib. Bundan sonra o, diplomatlara da eyni şəkildə hərəkət etməyi tapşırıb. “Tehrandakı səfirliyimizdə işləyən bütün diplomatlara və ailə üzvlərinə İranı tərk etmək barədə …

Read More »

Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb

Bolqarıstanın İrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq Azərbaycanın paytaxtı Bakıdan davam etdirəcək. Boyukmillet.com Bolqarıstan mediasına istinadən xəbər verir ki, bu barədə bu gün Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib. “Biz İrandakı səfirliyi bağlamırıq, təhlükə sovuşana qədər onu Bakıya köçürürük”, – Baş nazir deyib. Qeyd edək ki, daha əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, Budapeşt Yaxın Şərqdə gərginliyin artması …

Read More »

İran İsrail tərəfindən nüvə obyektlərinə hücum barədə AEBA-nı məlumatlandırıb

İsrail tərəfi İranın mərkəzi hissəsində – Ərakda yerləşən kompleksə hücum etməklə nüvə obyektlərinə hücumları qadağan edən beynəlxalq hüququ pozub və İran baş verənlər barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məlumatlandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İranın Atom Enerjisi Təşkilatının mətbuat xidmətinin bəyanatına istinadən bildirib. “Bu gün səhər İsrail Arakdakı tədqiqat reaktoruna və ağır su istehsalı kompleksinə …

Read More »

Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına mərmi düşüb

Gürcüstanın Tel-Əvivdəki səfirliyinin yaxınlığına mərmi düşüb. Boyukmillet.com gürcü KİV-ə istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbukdakı bəyanatında deyilir. “Bu gün səfirliyin yerləşdiyi binanın yaxınlığına mərmi düşüb”, – məlumatda qeyd olunub. Qeyd olunub ki, bina zədələnməyib. Ölən və yaralananlar barədə də məlumat verilməyib. Diplomatik nümayəndəlik İsrail təhlükəsizlik xidmətlərinin təlimatlarına uyğun olaraq fəaliyyətini davam etdirir. İsraildə olan Gürcüstan vətəndaşlarına yerli …

Read More »

Ərdoğan: Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 49 min 56 iş və yaşayış yeri inşa olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi” barədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Prezident “X” sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib. Onun sözlərinə görə, məhəllədə 49 min 56 iş və yaşayış yeri inşa olunub. Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil …

Read More »