Cümə , 10 Aprel 2026

autor

Energetiklər Kəlbəcərin işğaldan azad edildiyi günü iş başında qeyd ediblər

“Azərişıq” ASC-nin əməkdaşlarının Kəlbəcər rayonunda elektrik enerjisi şəbəkəsi qurması ilə bağlı görüntüləri yayılıb. Boyukmillet.com xəbər verir ki, görüntülər bu gün – rayonun işğaldan azad edilməsinin 1-ci ilidönümündə qeydə alınıb. Xatırladaq ki, “Azərişıq” Kəlbəcərin mərkəzindəki küçələrdə və müxtəlif dövlət orqanlarının yerləşdiyi tikililərdə elektrik enerjisi xətlərini bərpa edib. Xatırladaq ki, Kəlbəcər Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş …

Read More »

Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlərlə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlər – Humboldt mükafatını almış ilk azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev və 2011-2021-ci illərdə Kanadanın Vaterloo Universitetinin prezidenti olmuş Ferudin Həmdullahpur ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, qonaqları salamlayan Komitə sədri xaricdə fəaliyyət göstərən elmi diaspor üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, onların həyat və fəaliyyətinin gənc diaspor üzvləri üçün nümunə olduğunu …

Read More »

Sahibə Qafarova BQXK rəsmisi ilə Ermənistanın mina xəritələrini verməməsini müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru Birgitte Bischoff Ebbesen ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin sədri Azərbaycanın Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlığa əhəmiyyət verdiyini deyib. Bildirib ki, ölkəmiz uzun illərdir ki, bu qurumlarla yaxından əməkdaşlıq edir. Təəssüf ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində …

Read More »

Rza Diqqəti: “Ermənistan Azərbaycanla barışmasa, daha çox itirəcək”

“Ermənistanın Azərbaycanla sülh sazişi imzalamamasının əsas baiskarı erməni diasporudur”. Bunu “Report”a tanınmış fransalı fotoqrafiya ustası, əslən azərbaycanlı Rza Diqqəti deyib. “Ermənistandakı yaşayışın nə qədər çətin olduğundan, minlərlə əsgərin, ailə üzvünün ölməsinin nə demək olduğundan onların xəbəri belə yoxdur” – deyən sənətkarın fikrincə, erməni diasporu da ölkəsini müharibəyə sürükləməyin axırı olmadığını, İkinci Qarabağ müharibəsində məğlub olmuş Ermənistanın Azərbaycanla barışmaması halında daha böyük …

Read More »

Azərbaycan və Rusiya parlamentlərinin sədrləri Qarabağdakı vəziyyəti müzakirə ediblər

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, V. Matviyenko ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib. O, parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında vacib rolunu vurğulayaraq, bu əlaqələrin inkişafına töhfə və dəstək verdiyi üçün Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. MDB PA-nın uğurlu fəaliyyətini qeyd edən Federasiya Şurasının sədri qeyd edib ki, …

Read More »

Aqil Camal: “Ömrümün qalan hissəsini Kəlbəcərdə yaşayacağam, hətta çölçü kimi olsa belə…”

“Kəlbəcərsiz, doğma ev-eşiyimdən uzaq keçirdiyim ötən 27 il mənim üçün sadəcə itirilmiş, monoton keçmiş bir mərhələdir. Burada qazandıqlarımı isə həmişə yarımçıq hiss etmişəm. Burada yaşadığım hansısa xoşbəxt məqamı saata bənzətsəm, əqrəb gəlib 12-yə qalmış dayanıb. Çünki, həyatımızda bir natamamlıq mövcud olub. O ani xoşbəxtliyi belə tam olaraq yaşaya bilməmişik”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri …

Read More »

Azay Quliyev Yunanıstanda insan haqları və media azadlığı məsələsini qaldırıb

ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev Yunanıstanda parlament, hökumət və siyasi partiyalarla silsilə görüşlər keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ATƏT PA-nın rəsmi saytının yaydığı press-relizdə ətraflı məlumat verilib. Məlumatda bildirilir ki, Azay Quliyev noyabrın 23 və 24-də Yunanıstanın daxili işlər naziri Makis Voridis, Miqrasiya və əmək naziri Notis Mitraçıs, Parlamentin vitse-spikeri Karalampos Atanasios, …

Read More »

Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcəklər

“Tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur”. Boyukmillet.com-un xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, ödənişli əsaslarla oxuyan tələbə kredit almaq hüququna malikdir: “Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub”. Nazir …

Read More »

Sabah yağış, qar yağacaq

Noyabrın 26-a gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer …

Read More »

“Biz bir dövlət, bir cümhuriyyət görürük və gələcəyə ümidlə baxırıq” – Ersin Tatar

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Ozanköy Şəhidlərini Anma mərasimində iştirak edib. Mərasimdə çıxış edən Ersin Tatar Kıbrıs Türk xalqının ədalət uğrunda mübarizəsində müxtəlif mərhələlərdən keçdiyini, yüksək bədəllər ödədiyini, şəhidlər verdiyini ifadə edərək, “Biz bir dövlət, bir cümhuriyyət görürük və gələcəyə ümidlə baxırıq” – deyib. Boyukmillet.com-un xəbərinə görə, əvvəllər Kazanafa kimi tanınan Ozanköyün turizm obyektləri və universitetləri ilə …

Read More »