İspaniyada atom elektrik stansiyasında (AES) karbon qazının sızması olub. Boyukmillet.com xəbər verir ki, bu barədə kataloniyalı həkimlər tvitter səhifəsində məlumat veriblər. Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha üç nəfər zərər çəkib. Yerli yanğınsöndürənlərin sözlərinə görə, Asko yaşayış məntəqəsində (Kataloniya muxtar əyaləti) AES-də baş verən insident radioloji fəaliyyətlə bağlı deyil. Qeyd edilir ki, yanğınsöndürmə sistemində CO2 sızması baş verib. …
Read More »Taekvondo üzrə Azərbaycan çempionatında yenilik ediləcək
Yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək taekvondo üzrə Azərbaycan çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə veriləcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Azərbaycan Taekvondo Federasiyasının rəsmi feysbuk səhifəsi xəbər yayıb. Bildiirlib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi davam etdiyindən zona, şəhər birincilikləri keçirilməyib: “Bu amilin məşqçi və zona rəhbərlərinə idmançı seçimi etməkdə çətinlik yaradacağını …
Read More »Bu gün Türkiyənin Milli Təhlükəsizlik Şurası toplanır, gündəlikdə Qarabağ da var
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, toplantıda ölkə daxilində və xaricdə terrorçuluqla mübarizə sahəsində atılan addımlar və bu sahədəki mövcud durum müzakirə olunacaq. İclasda həmçinin Qarabağ, Aralıq dənizi, Əfqanıstan və Suriyadakı son vəziyyət nəzərdən keçiriləcək.
Read More »DİN minalarla bağlı vətəndaşlara xəbərdarlıq edib
“Müharibə qalıqları – mina, döyüş silah-sursatları işğalçıların mənfur niyətini əks etdirir”. Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, işğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir: “Ərazilər təmizləndikcə istifadəyə təqdim olunur. İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu …
Read More »Sahibə Qafarovanın Rusiyaya işgüzar səfəri başlayıb
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfərə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının Baş katibi Dmitriy Kobitskiy, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş …
Read More »Kəlbəcər su ilə təmin edilib
“Azərsu” ASC işğaldan azad olunmuş Kəlbəcər rayonunda təxirəsalınmaz tədbirlər görərək şəhərə suyun verilməsini, hərbi və mülki təyinatlı obyektlərin su təchizatını təmin edib. İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə rayon mərkəzinin içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən …
Read More »Fransada erməni vandalizmini əks etdirən “Qara bağ” adlı fotosərgi açılıb
Fransanın paytaxtı Parisdə Qarabağa həsr edilmiş foto sərginin açılışı olub. Boyukmillet.com xəbər verir ki, “Qara bağ” adlanan sərgi Azərbaycan Respublikasının Fransadakı səfirliyi, Diaspor ilə İş Dövlət Komitəsi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində baş tutub. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına həsr edilmiş sərgidə nümayiş olunan fotoların müəllifi azərbaycanlı fotoqraf Maya Bağırovadır. Sərginin açılışında xeyli fransalı foto …
Read More »Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür
Bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. Boyukmillet.com xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə …
Read More »Gündüz İsmayılov: “Ermənilər dini abidələrimizi yer üzündən siliblər”
“İşğal dövründə yüzlərlə ziyarətgahımız dağıdılıb, yer üzündən silinib. Yalnız yarısağlam vəziyyətdə qalan Ağdamda Cümə məscidi və Şuşada Yuxarı Gövhər Ağa məscididir. Yəni İslam dininə məxsus abidələrimiz yer üzündən demək olar silinib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi ” konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, işğalçıların …
Read More »Baş Prokurorluq Ermənistanın sərhəd təxribatları ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq edib
Azərbaycan Baş Prokurorluğunda Ermənistanın Kəlbəcər və Laçın rayonları ilə sərhədboyu ərazilərdə 15 və 16 noyabr 2021-ci il tarixlərdə törətdiyi silahlı təxribat ilə əlaqədar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən həqiqətə uyğun olmayan məlumatların paylaşılması ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Müəyyən edilib ki, 4 nəfər şəxs – Ziyatay Muradov, Aqil Ələkbərov, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar