“Hərbi əməliyyatlarımız ən son terrorçu məhv edilənədək davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ərciyəs Universitetinin yaradılmasının 44-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib. “Biz sadəcə terrorçu ilə mübarizə aparırıq. Terrorçu hardadırsa, hədəfimiz də ordadır. PKK və YPG-nin bir-birindən fərqi yoxdur. Biz günahsız insanları gözümüz kimi qorumaqdayıq”, – o bildirib.
Read More »Paşinyan: “Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Rusiyanın təkliflərini qəbul edirik”
“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbulediləndir”. Boyukmillet.com “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib. Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb: “Bunların üçü də bizim …
Read More »Prezident İlham Əliyev Azərbaycan uşaqlarını təbrik edib
Prezident İlham Əliyev Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Məktubda deyilir: “Hörmətli Forum iştirakçıları! Əziz uşaqlar! Sizi – Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, Ümumdünya Uşaqlar Günü münasibətilə hər birinizi təbrik edir, …
Read More »Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Read More »Ərdoğanın İrana səfərinin hədəfi – Alam Saleh
Düşünürəm ki, bu iki ölkənin müzakirə edəcəyi mövzular müxtəlif və çoxsaylıdır. Bunlardan birincisi iqtisadi əlaqələr, xüsusən də İranın Türkiyəyə qaz ixracı ilə bağlıdır. Tərəflər arasında mövcud olan müqavilə 2026-cı ildə başa çatacaq, ona görə də yaxın bir neçə ildə qaz ixracı ciddi formada müzakirə olunmalıdır. Bu sözləri Axar.az-a Avstraliya Milli Universitetinin Ərəb və İslam Araşdırmaları Mərkəzinin mütəxəssisi, Britaniya Yaxın Şərq Araşdırmaları …
Read More »Rusiya Paşinyanın üçtərəfli görüşdən qaçdığını təsdiqlədi
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşünün təşkili üçün lazım olan şərti açıqlayıb. Rusiyalı jurnalistlərin suallarını cavablandıran D.Peskov gözləntilərin əksinə olaraq üçtərəfli görüşün baş tutmamasının günahının Ermənistan tərəfində olduğuna eyham vurub: “Üçtərəfli sammit hansısa mərhələdə lazım olacaq, ancaq bunun üçün bütün tərəflərin razılığı lazımdır”. Təbii ki, istər Azərbaycan Prezidentinin, istərsə də Rusiya dövlət başçısının növbəti …
Read More »Naxçıvanda maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait açıqlanıb
2021-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 869 milyon 785 min 700 manat vəsait yönəldilib. Bu barədə Boyukmillet.com muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu vəsaitin 94,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Cari ilin ötən dövründə muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 88 şagird yerlik 1 ümumtəhsil məktəbi, 12 inzibati bina, …
Read More »ABŞ on milyonlarla dolları ələ keçirən erməni qruplaşmasının üzvlərini axtarır
ABŞ-ın Kaliforniya ştatında erməni mənşəli cütlük COVID-19 xəstələrinə yardım fondundan qanunsuz olaraq 20 milyon dollardan çox pul vəsaitini mənimsədiyinə görə həbs cəzasına məhkum edilib, lakin hüquq-mühafizə orqanları onları tuta bilməyib. Bu barədə Boyukmillet.com ABŞ-ın Ədliyyə Nazirliyinə istinadən xəbər verir. Nazirliyin məlumatına görə, 43 yaşlı Riçard Ayvazyan 17 il, həyat yoldaşı 37 yaşlı Marietta Terabelyan isə sui-qəsd, bank fırıldaqları və çirkli pulların yuyulmasında ittiham …
Read More »Ərdoğan: “Rusiya ilə “S-400″lərin birgə istehsalı ölkələrimiz üçün həssas məsələdir”
Rusiya və Türkiyə “S-400” zenit-raket komplekslərinin komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməmək barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İspaniyanın Baş naziri Pedro Sançeslə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. Ərdoğan bunun Rusiya və Türkiyə üçün həssas məsələ olduğunu da qeyd edib. Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə …
Read More »Ucarda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib
Vətən müharibəsi şəhidi gizir Vüqar Ələkbərovun anım günü və onun adına inşa edilən bulağın açılşı olub. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər, şəhidin döyüş yoldaşları, rayon rəsmiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar