Cümə , 10 Aprel 2026

autor

Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törədib, iki hərbi qulluqçumuz yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, …

Read More »

Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq

Dekabrın 1-dən etibarən Rusiyadan Azərbaycana, İtaliyaya, Qırğız Respublikasına, Qazaxıstana və Vyetnama aviareyslərin sayı artırılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Operativ Qərargahından bildiriblər. Bundan başqa, bu tarixdən etibarən Rusiya ilə Argentina, Banqladeş, Braziliya, Kosta-Rika və Monqolustan arasında hava uçuşları bərpa ediləcək.

Read More »

Hulusi Akar Azərbaycan və Türkiyənin təhlükəsizliyinin təmin olunmasından danışıb

“Türkiyə Silahlı Qüvvələrinin hazırda Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətlərinə dəstəyi, həmçinin işğaldan azad olunan ərazilərdə birlikdə minatəmizləmə fəaliyyəti davam edir”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib. “İndi Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı təsəvvür edilə bilməyəcək səviyyəyə çatıb. Təhlükəsizlik məsələsi başda olmaqla, az qala, hər sahədə əməkdaşlığımızı nəzərdə tutan …

Read More »

Elman Rüstəmov: “Bəzi məhsulların bahalaşması daha da sürətlənib”

“Bitki yağının, şəkərin qiymətinin artması daha da sürətlənib”. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib. “Sorğular nəticəsində əhalinin cəmi 25 faizindən az hissəsi inflyasiyanın artmasını gözləyir”, – o vurğulayıb.

Read More »

Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov dünyasını dəyişib

Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov koronavirusdan dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, Seyfəddin Qurbanov bir müddətdir bu xəstəlikdən Türkiyənin Alaniya şəhərində müalicə alırdı. Qeyd edək ki, Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub. 1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirib. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna …

Read More »

İbrahim Əhmədov: “Dənizdə çalışan 28 nəfər SOCAR-ın əməkdaşı təxliyə olunub”

“Hava şəratitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq, SOCAR bütün istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, açıq səthlərdə aparılan işlər məhdudlaşdırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, dənizdə çalışan 28 nəfər SOCAR-ın əməkdaşı dünəndən təxliyə olunub: “Hava şəraiti normallaşdıqca normal iş rejimi bərpa olunur”. Xatırladaq ki, havanın kəskin …

Read More »

Milli Məclis Prezident İlham Əliyevi təbrik edib

“Türk Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Bu münasibətlə dövlət başçısını təbrik edir və ona uğurlar arzulayırıq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. Milli Məclisin deputatları da təbrikə qoşulub və Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə …

Read More »

Parlament gələn ilin büdcə zərfini müzakirə edir

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, qanun layihəsini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitesinin sədri Tahir Mirkişili təqdim edir. Daha sonra isə deputatlar qanun layihəsi ətrafında çıxış edəcəklər. İclasda Baş nazir Əli Əsədov, maliyyə naziri Samir Şərifov və digər hökumət nümayəndələri …

Read More »

Milli Məclisin iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 24 məsələ daxil edilib. İclasda dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklər layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdə deputatlarla yanaşı, hökumət və dövlət rəsmiləri də iştirak edirlər. Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası …

Read More »

Sədr: “Gələn ilin büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə zəmin yaradır”

“Gələn ilin dövlət büdcəsi və ona daxil olan sənədlər ölkənin reallıqlarını dolğun əks etdirir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. “Ölkə tarixində ən böyük büdcə Milli Məclisə daxil olub. Gələn ilin dövlət büdcəsi qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsinə zəmin yaradır”, – spiker vurğulayıb.

Read More »