Vətəndaş Həmrəyliyi Partiyasının Sumqayıt şəhər, Ağstafa rayon, Qaradağ rayon və Goranboy rayon təşkilatlarının Məclis toplantıları keçirilib. Toplantılarda təşkilati məsələlər, ölkədə baş verən ictimai siyasi olaylar, qarşıdan gələn 17 noyabr Milli Dirçəliş günü və son vaxtlar Qarabağ və cəbhə xətdində baş verənlər müzakirə edilib. VHP Ağstafa Rayon Təşkilatının sədri Dürdanə Həsənova, Qaradağ Rayon Təşkilatının sədri Bakir Əsədli, Sumqayıt şəhər təşkilatının sədri …
Read More »Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatları barədə məlumat yayıb
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub. Boyukmillet.com xəbər verir ki, eyni …
Read More »Türkiyənin xarici işlər naziri İrana səfər edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah İrana rəsmi səfər edəcək. Boyukmillet.com bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Səfər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə baş tutacaq. Qeyd edilir ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin bütün aspektlərdə müzakirəsi, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Boyukmillet.com nazirliyə istinadən icmalı təqdim edir.
Read More »Azərbaycanın tanınmış memarı və rəssamı vəfat edib
Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib. Boyukmillet.com xəbər verir ki, R.Əliyev 87 yaşında dünyasını dəyişib. Memar Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, bir neçə metro stansiyanın, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər layihələrin müəllifi və həmmüəllifidir. Bakıda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə …
Read More »ETSN: Havanın temperaturu enəcək, yağış, qar yağacaq
Noyabrın 16-da hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Azərbaycanın rayonlarında: Noyabrın 15-i axşam şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava …
Read More »İlham Əliyev Ermənistan üçün daha pis durum deyəndə türk liderlərin diqqətini nəyə yönəltdi…
Samir Adıgözəlli: “Onsuz da əldən düşmüş Ermənistan daha səfil günlərini yaşaya bilər” Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı bir daha Ermənistana xəbərdarlıq edib: “Biz indi böyük bərpa işləri ilə məşğuluq. Eyni zamanda, ikinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması …
Read More »Azərbaycan gimnastı İspaniyada gümüş medal qazanıb
Azərbaycanın bədii gimnastı Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş Kataloniya Kubokunda gümüş medal qazanıb. Boyukmillet.com xəbər verir ki, dünya çempionatının ikiqat mükafatçısı gürzlə hərəkətlərdəki çıxışına görə fəxri kürsünün 2-ci pilləsinə qalxıb. İdmançı çoxnövçülük yarışında isə 85.200 xal toplayaraq dördüncü yeri tutub və medalın bir addımlığında dayanıb. Qeyd edək ki, Arzu Cəlilova Kataloniya Gimnastika Federasiyasının dəvəti ilə Barselonadakı yarışa yollanmışdı.
Read More »Ceyhun Bayramov Aİ, NATO və ÜGT rəsmiləri ilə görüşəcək
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Azərbaycanın xarici işlər naziri səfər çərçivəsində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Read More »Rusiya və Türkiyə birgə silah istehsal edəcək
Moskva və Ankara birgə silah istehsalını və Rusiya hərbi məhsullarının Türkiyəyə tədarükünü müzakirə edirlər. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Dubai Airshow-2021” beynəlxalq aviaşousu çərçivəsində deyib. D.Şuqayev vurğulayıb ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq davamlı şəkildə inkişaf edir. O, S-400 zenit-raket komplekslərinin yeni partiyasının tədarükü ilə bağlı müqavilənin imzalanmasının vaxtını da …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar