Cümə , 10 Aprel 2026

autor

Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qərar qəbul olunub. Qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilib.

Read More »

Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib

“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Nazirlər Kabinetinin müvafiq qərarının hazırlanmasının məqsədi gömrük sərhəd buraxılış məntəqələrində qanunvericiliyin tələblərinə ciddi riayət olunaraq daha səmərəli və sürətli keçidin təmin edilməsidir. Fiziki şəxslər tərəfindən müxtəlif malların gömrük sərhədindən keçirilməsi, o cümlədən turist axınının çoxalması müasir …

Read More »

Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı fəal işlər gedir”

“Zəngəzur dəhlizi həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib. “Bu gün bu layihənin həyata keçirilməsi ilə bağlı fəal işlər gedir”, – dövlət başçısı bildirib.

Read More »

Markov: “Dünya Azərbaycanın gücünün şahidi oldu”

“İkinci Qarabağ müharibəsindəki qələbə dünyaya Azərbaycanın gücünü nümayiş etdirdi”. Boyukmillet.com xəbər verir ki, bunu Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin keçirdiyi dəyirmi masada (BMTM) bildirib. Politoloqun sözlərinə görə, Azərbaycanda güclü siyasi və iqtisadi sistem qurulub. “Bütün dünya gücünün və ölkənin çox ağıllı, strateji siyasət yürütdüyünün şahidi oldu”, – S.Markov bildirib. Onun sözlərinə görə, 2020-ci il 10 …

Read More »

Baş nazir Azərbaycanda saxlanılan erməni məhkumların sayını açıqlayıb

Bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak və gündəliklə bağlı çıxış edib. Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan videokonfransda çıxışı zamanı Azərbaycan Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Bəyanatların müddəalarının, o cümlədən hərbi əsirlər …

Read More »

Şuşa və Azıx mağarasının UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi üzərində işlər aparılır

“Şuşanın UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi üzərində işlər aparılır. Bu proses 1-2 il vaxt apara bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov bildirib. “UNESCO-nun bir neçə irs siyahısı var: Ümumdünya İrsi siyahısı var, Yaradıcı şəhərlər şəbəkəsi var. Məsələn, Lənkəran “qastronomiya” şəhəri kimi yaradıcı şəhərlər şəbəkəsinə daxildir. Şuşa şəhərinin həm Ümumdünya …

Read More »

Əli Əsədov Ermənistan baş nazirinin müavininin böhtanlarına cavab verib

Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda iştirak edib. Ə.Əsədov iclasın gündəliyində duran məsələlərlə bağlı çıxış edib. Bu il MDB-nin yaradılmasının 30 illiyinin qeyd olunduğunu qeyd edən Baş nazir bildirib ki, ötən müddət ərzində Birlik mürəkkəb formalaşma və inkişaf yolu keçərək beynəlxalq aləmdə layiqli nüfuz qazanıb. …

Read More »

Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib. Boyukmillet.com xəbər verir ki, Ali Orden dövlət başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə …

Read More »

Prezident: “Bizim heç vaxt başqa ölkələrin torpağında gözümüz olmayıb”

“Biz öz torpağımızda vuruşurduq, qan tökürdük, şəhidlər verirdik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib. “Bizim heç vaxt başqa ölkələrin torpağında gözümüz olmayıb”, – dövlət başçısı bildirib.

Read More »

Özbəkistan Füzulidə böyük məktəb inşa tikəcək

“Mən cənab Şavkat Mirziyoyevə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Onun təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəkdir. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib. “Məktəbin layihəsi bizə təqdim edildi”, – dövlət başçısı bildirib.

Read More »