Cümə , 10 Aprel 2026

autor

Sahil Babayev: “Müharibədən sonra 33 min nəfərə 41 min xidmət göstərilib”

“Son 3 ildə Azərbaycanda sosial ödənişlər 60%, o cümlədən pensiya xərcləri 48%, müavinət xərcləri 2,5 dəfə, təqaüd xərcləri isə 4,4 dəfə artıb”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Bununla belə, nazir deyib ki, saxta yolla pensiya və müavinət düzəldən şəxslərə qarşı mübarizə …

Read More »

Bakıda şəhid ailələrinin evindən oğurluq edildi – VİDEO

Bakıda oğurluq edən şəxslər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Qaradağ rayonu Qobupark yaşayış kompleksinin ərazisində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatını oğurlayıb. Həmin kompleksdə yaşayan daha 11 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da evlərindən müxtəlif vaxtlarda …

Read More »

Azərbaycan Zəngəzur yoluna bu səbəbdən “dəhliz” statusu İSTƏYİR

“Zəngəzur dəhlizi məsələsi gərək böyük ölçüdə həll olunsun. Çünki məsələyə iki yanaşma var: biz dəhlizin tərəfdaşıyıq. Dəhliz o deməkdir ki, sərhəddə yoxlanılmadan Ermənistan ərazisi ilə Naxçıvana keçməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın cənub-qərb hissəsini Naxçıvanla birləşdirəcək yolun statusu barədə danışarkən deyib. E.Şahinoğlu qeyd edib ki, Ermənistan dəhlizin əleyhinədir və kommunikasiya xətlərinin açılmasını istəyir. …

Read More »

“Nə müharibə, nə sülh, yenə əvvəlki qeyri müəyyənlik” – erməni jurnalisti yazdı

Erməni jurnalisti Arpi Bekaryanın 44 günlük müharibə haqqında yazısı çıxıb. Jurnalist erməni xalqını Azərbaycan qarşısında günahlarını etiraf etmədiklərinə görə qınayıb. Müəllif erməniləri qınayaraq, düzgün nəticə çıxarmağı tövsiyə edib. Yazını diqqətinizə təqdim edirik: İkinci Qarabağ Müharibəsi ”qalib” və ”məğlub” xalqların  dinamikasını dəyişdirəcək,  Ermənistanın  münaqişə ilə bağlı fərziyələrini bildirən illüziyaları və ikiüzlükləri üzə çıxardı.  Ancaq buna baxmayaraq, Azərbaycan və Ermənistan arasında yeni …

Read More »

MDB-nin iclasında QALMAQAL: Əli Əsədov Qriqoryanla sözləşdi

MDB Hökumət Başçılarının iclasında polemika yaşanıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan iclasın formatına uyğun olmayan aqressiv çıxış edib. Azərbaycana qarşı əsassız iddialar səsləndirən erməni rəsmisi Bakıda saxlanılan diversantları “hərbi əsir” kimi qələmə verərək, tarixin arxivinə yollanmış “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini yenidən gündəmə gətirib. İclasın sonunda söz alan Əli Əsədov Mqer Qriqoryanın əsassız iddialarına cavab verib və …

Read More »

Azərbaycan Prezidenti İstanbulda Türk Şurasının katibliyinin yeni binasının açılışında iştirak edib

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev açılış mərasimində iştirak ediblər. …

Read More »

Qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır -AÇIQLAMA

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqələrinin keçirilməsi üçün maksimum səy göstərib və göstərir.Bu fikirləri QHT.az-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov bildirib. Zaur İbrahimov qeyd edib ki, qrant müsabiqələrinin ləngiməsinə görə  Agentlik məsuliyyət daşımır.  “Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə Qeyri-Hökumət …

Read More »

Azərbaycan Ordusunun tabor komandirləri arasında yarış keçirilib

2021-ci ilin hazırlıq planına əsasən Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Yarışda motoatıcı və dağatıcı tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb. Sonra praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib. Komissiya tərəfindən aparılan qiymətləndirilmədə ən yüksək …

Read More »

Qarabağda xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının maaşı artırılacaq

“Azərbaycan işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışın həyata keçirilməsini prioritetlər sırasına daxil edib”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib. “İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətli şəkildə həyata keçirilir”, – o deyib. Bundan başqa, nazir …

Read More »

İlham Əliyev: “Zirvə görüşü bütün türk dünyası üçün tarixi əhəmiyyət kəsb edəcək”

“Sizi görməyim çox xoşdur. Bu, bizim ilk görüşümüzdür. Əminəm ki, belə görüşlər çox olacaq. Əlamətdar haldır ki, biz Türk Şurasının tədbiri çərçivəsində görüşürük və bu Şura təşkilata çevrilir. Əlbəttə, bu Zirvə görüşü bütün türk dünyası və bizim ölkələr üçün tarixi əhəmiyyət kəsb edəcək, həm də ölkələrimiz arasında ikitərəfli münasibətlər barədə söhbət etmək üçün yaxşı imkan yaradacaq”. Boyukmillet.com xəbər verir ki, …

Read More »