Cümə , 10 Aprel 2026

autor

Türkiyənin Rusiyadakı səfiri: “Biz Azərbaycanın qələbə sevincini bölüşürük”

“Prezident İlham Əliyevin və Azərbaycan xalqının səyləri nəticəsində 30 il işğal altında qalmış Qarabağ geri qaytarıldı. Bu, Türkiyə xalqı üçün çox əhəmiyyətli hadisədir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar Moskvada Azərbaycanın İkinci Qarabağ müharibəsində qazanılan Zəfərinə həsr olunmuş tədbirdə bildirib. “Heydər Əliyev deyirdi ki, “Türkiyə və Azərbaycan bir millət – iki dövlətdir”. Biz Qarabağ müharibəsindən əvvəl də Azərbaycana tam dəstək …

Read More »

BMT-nin nümayəndəliyi Azərbaycanı Bayraq Günü münasibətilə təbrik edib

BMT-nin nümayəndəliyi rəsmi feysbuk səhifəsində Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir. “BMT-nin Azərbaycandakı nümayəndəliyi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edir. Dayanıqlı inkişaf, firavanlıq və əmin-amanlıq arzulayırıq!”.

Read More »

Moskvada Zəfər Gününə həsr olunan tədbir keçirilib

Azərbaycanın Moskvadakı səfirliyində 44 günlük müharibədə qazanılan Zəfərin ildönümü qeyd olunub. Boyukmillet.com xəbər verir ki, tədbirdə İkinci Qarabağ müharibəsinin hadisələrini əks etdirən fotosərgi nümayiş edilib. Zəfərin ildönümünə həsr olunan babayram tədbiri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən danışıb: “Cənab Prezidentin Şuşada əsgərlər qarşısında çıxışını dinlədik. Prezident İlham Əliyevi və Birinci vitse-prezident …

Read More »

Azərbaycanın qadın cüdoçusu Avropa çempionatında medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığmasının üzvü Ramilə Əliyeva gümüş medala yiyələnib. Boyukmillet.com xəbər verir ki, nüfuzlu yarışda 48 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçu polşalı Paulina Zlaşta və portuqaliyalı Rakel Britoya qalib gələrək yarımfinala yüksəlib. Əliyeva ispaniyalı Mireya Lapertanı da məğlub edərək finala vəsiqə qazansa da, həlledici mərhələdə Serbiya cüdoçusu Andrea Stoyadinova …

Read More »

Azərbaycan neftinin qiyməti 86 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,25 ABŞ dolları, yaxud 1,47 % artıb. Boyukmillet.com  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 86,09 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rənglərinə bürünüb

Azərbaycanın Vətən müharibəsində qələbəsinin ilk ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb. Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib. Eyni zamanda, binanın fasad örtüyü üzərində “Azərbaycan Zəfər Günün mübarək sözləri” əks olunub.

Read More »

Prezidentin köməkçisindən Zəfər Günü ilə bağlı paylaşım

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviterdəki səhifəsində Zəfər Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Hikmət Hacıyev yazıb: “8 Noyabr Şuşada və Bakıda Qələbə Gününə həsr olunmuş musiqi atəşfəşanlığı. Qarabağın və xüsusilə Şuşanın Ermənistanın 30 illik işğalından və müstəmləkəçiliyindən azad edilməsini simvolizə edən yeni tarix Azərbaycanın milli təqviminə daxil edilib”. …

Read More »

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Şuşa dağlarının və üçrəngli Dövlət bayrağımızın görüntüsünü əks etdirən fotonu tviter səhifəsində paylaşıb. pic.twitter.com/7uYBF9fLcy— İlham Əliyev (@azpresident) November 8, 2021

Read More »