Cümə , 10 Aprel 2026

autor

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Belə ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu …

Read More »

Ombudsmanın regional mərkəzləri Zəfər Günü münasibətilə tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad, Şəki, Gəncə və Quba regional mərkəzləri tərəfindən Zəfər Gününə həsr edilmiş bir sıra tədbirlər təşkil edilib. Boyukmillet.com xəbər verir ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Şanlı qələbəmiz dövlətçilik tariximizin zəfər salnaməsidir” mövzusunda Cəlilabad şəhər 8 saylı humanitar və texniki fənlər təmayüllü məktəb-liseydə və Lənkəran rayonunun Girdəni …

Read More »

Nigar Ağakişiyeva: Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsidir

Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi departamentinin əməkdaşı Nigar Ağakişiyeva Zəfər Günü ilə bağlı məqalə hazırlayıb. QHT.az  məqaləni təqdim edir.Gözün aydın, Azərbaycan!Hələ 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər …

Read More »

Biləsuvarda atəşfəşanlıq olub

Biləsuvarda Zəfər Günü münasibətilə keçirilən bayram tədbirinin sonunda atəşfəşanlıq olub. “Report”un Muğan bürosunun məlumatına görə, rayonda konsertin sonunda atəşfəşanlıq keçirilib. Qeyd edək ki, bu gün Biləsuvarda Zəfər Gününə ağacəkmə aksiyası ilə start verilib. Sonra Zəfər yürüşü keçirilib, bayram tədbiri konsertlə davam edib.

Read More »

Zəfər Gününə həsr olunan videoproyeksiya nümayiş etdirilib

8 noyabr – Zəfər Gününün ildönümü münasibətilə Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdirilib. Boyukmillet.com xəbər verir ki, saat 20:55-dən Mərkəzin fasadında Vətən müharibəsi və Zəfər Gününə həsr edilən audiovizual kompozisiya videoproyeksiya olunub. Ölkəmizin memarlıq rəmzlərindən biri olan Muzey Mərkəzinin fasadında ümummilli lider Heydər Əliyevin ərazi bütövlüyümüz haqqındakı kəlamları, işğal altındakı ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş …

Read More »

İstanbulda tarixi Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərin birinci ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərindəki Avropa qitəsində yerləşən tarixi Qalata Qülləsi ölkəmizin bayrağının rəngləri ilə işıqlandırılıb. Boyukmillet.com “Report”un yerli bürosuna istinadən xəbər verir ki, tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Xarici İşlər Nazirliyi və Quru Yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub. Qeyd edək ki, işıqlandırma axşam saatlarından etibarən davam etməkdədir.

Read More »

Zəfər Gününə həsr edilən tennis turniri keçirilib

Bakı Tennis Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr edilən tennis turniri keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlar komanda formatında olub. Əvvəlcə tək, sonra qoşa, ardınca qarışıq oyunlar keçirilib. Turnirdə 4 komanda iştirak edib. Püşkatmadan sonra olimpiya sistemi ilə yarımfinal, daha sonra final matçları olub. Həlledici görüşdə İlham Baxşəliyev, İmran Abdullayev və Umayra Həşimovadan …

Read More »

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə ediblər

Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Read More »