Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir

Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım atmağı gözləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb. H.Hacıyev qeyd edib ki, Ermənistanın “sülh kəsişməsi” təşəbbüsü həddindən artıq məhdud və gec yanaşmadır: “Azərbaycan əraziləri işğal altında …

Read More »

İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub

İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb. Boyukmillet.com “Mehr”ə istinadən xəbər veri ki, Baş Qərargahın kəşfiyyat üzrə müavini Qolamreza Mehrabi və əməliyyatlar üzrə müavini Mehdi Rabbani həlak olublar.

Read More »

İranın BMT-dəki daimi nümayəndəsi: ABŞ-nin İsrailin İrana qarşı terror hücumlarında əli var

İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani İsrailin İran ərazisinə son zərbələrini kəskin şəkildə pisləyərək ABŞ-ni iştirakçılıqda ittiham edib və Tehranın cavab vermək hüququ barədə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat dünya təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasındakı çıxışında bildirib. BMT Təhlükəsizlik Şurasının İsrailin İrandakı obyektlərə hücumlarına həsr olunmuş təcili iclasında İslam Respublikasının daimi nümayəndəsi Əmir Səid İravani …

Read More »

Azərbaycan xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradıb

Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb. “Report”un Cənub bürosu xəbər verir ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb.

Read More »

KİV: İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb

İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb. İsrail Müdafiə Qüvvələrindən bildirilib ki, İran tərəfindən yeni raket atəşi qeydə alınıb, əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb. “Hazırda hava hücumundan müdafiə vasitələri təhlükəni aradan qaldırmaq üçün lazım olan hər yerdə [hədəfləri] ələ keçirmək üçün işləyir”, – ordu mətbuat xidmətinin məlumatında deyilir.

Read More »

İsrailin hücumuna görə Naxçıvan reysləri dayandırıldı

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri iyunun 13-dən fəaliyyətini dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. …

Read More »

KİV: Məşhəd səması üzərində qırıcı təyyarələr havaya qaldırılıb

İran aviasiyasının qırıcı təyyarələri Məşhəd şəhəri üzərində havaya qaldırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb. “İran aviasiyasının qırıcı təyyarələri Məşhəd səmasında görünür. Hələ heç bir rəsmi mənbə təyyarələrin səmada görünməsinin dəqiq səbəbləri barədə məlumat verməyib”, – yerli informasiya agentlikləri bildirib.

Read More »

İsrailin şimalında hava həyəcanı siqnalı verilib, iki PUA vurulub

İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində hava həyəcanı siqnalı verilib. Boyukmillet.com -un məlumatına görə, bu barədə İsrailin 12-ci kanalı məlumat verir. Həmçinin qeyd olunub ki, İran iki pilotsuz uçuş aparatı “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Nəşr həmçinin vurğulayıb ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Read More »

Kənan Quluzadə: “İsrail-İran gərginliyi regionda turizm sektoruna yeni böhranlar yaşada bilər”

Regionda baş verən geosiyasi gərginliklər, xüsusilə İsrail və İran arasında artan qarşıdurma Azərbaycan və bütövlükdə regional turizmə mənfi təsir göstərə bilər. Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə deyib. Onun sözlərinə görə, turizm sahəsi həm qlobal, həm də regional dəyişikliklərə ən həssas reaksiya verən sahələrdən biridir: “Bunu pandemiya dövründə açıq şəkildə gördük. Ən geniş …

Read More »

AZAL təhlükəsizlik məqsədilə Bakıdan Mumbai, Dammam və Lahora reysləri ləğv edib

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarını təhlükəsizlik səbəbindən bağlaması ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 13-nə planlaşdırılan üç reys ləğv edilib. Boyukmillet.com bu barədə aviaşirkət istinadən xəbər verir. Məlumata görə, Bakı-Lahor-Bakı (J2 145/146), Bakı-Mumbai-Bakı (J2 059/060) və Bakı-Dammam-Bakı (J2 8205/8206) reysləri ləğv edilib. “AZAL uçuşların təhlükəsizliyini prioritet hesab edərək vəziyyəti daim …

Read More »