Ağstafa rayonunda 8 noyabr – Zəfər günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, öncə Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən oğullarının məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Tədbirdə şəhid ailə üzvləri, ictiamiyyət nümayəndələri, qazilər, müharibə veteranları iştirak edib. Rayon mərkəzində şəhidlərin adları qeyd olunan xatirə abidəsini şəhid valideynlərinin iştirakı ilə açılışı olub. Daha sonra Heydər …
Read More »İngiltərədə Zəfər Gününə həsr olunmuş yürüş-aksiya təşkil olunub
İngiltərənin Lids şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yürüş-aksiya keçirilib. Azərbaycan diasporunun fəal üzvləri Röyalə və Tomas Amiral-Moody ailəsinin təşkilatçılığı ilə baş tutan yürüş-aksiya zamanı şəhərin müxtəlif izdihamlı yerlərində Azərbaycan, Türkiyə və Böyük Britaniyanın bayraqları dalğalandırılıb, “Zəfər Günü #Qarabağ Azərbaycandır!” yazılmış poster nümayiş etdirilib. Posterdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 27 …
Read More »FHN-in hissələrində Zəfər Günü münasibətilə tədbirlər keçirilib
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşa, Füzuli, Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonlarında və Suqovuşan ərazisində yerləşən FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin hissələrində görüşlər keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirlərdə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik …
Read More »Cəlilabadda zəfər yürüşü keçirilib
Cəlilabad rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, Zəfər yürüşündə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yürüş Heydər Əliyev adına parkdan başlayıb və Şəhidlər Xiyabanında başa çatıb. Yürüş iştirakçıları Şəhidlər Xiyabanında ərazi bütövlüyümüz uğrunda …
Read More »Vətən müharibəsi şəhidi Daşkəsəndə anılıb
Daşkəsən rayonunda Vətən müharibəsi Şəhidi Novruz İsmayılovun anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Daşkəsən rayon Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Şəhidin yaxınları ilə yanaşı, qazilər, ictimaiyyət nümayəndələri hüquq mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib. Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun eləcədə Şəhid Novruz İsmayılovun göstərdiyi şücaətdən …
Read More »Zərdabda Zəfər Günü qeyd edilib
Zərdabda 8 Noyabr – Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, sosial durumundan, yaşından asılı olmayaraq hər kəs küçələrə axışdı, eynilə ötən ilin bu günü olduğu kimi. Bir il bundan əvvəl insanlarımız xalqımızın tarixi qələbəsini qeyd edirdi, bu gün isə həmin şanlı zəfərin bir ili tamam olur. İlk olaraq rayon sakinləri Şəhidlər Xiyabanını ziyarət edib, bizlərə qələbə …
Read More »Almaniyada “Odlar Diyarından Zəfərə doğru” adlı konsert təşkil olunub
Almaniyanın Detmold, Horn və Bad Meinberg şəhərlərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Odlar Diyarından Zəfərə doğru” adlı konsert keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir. “Səslərin Harmoniyası” Alman-Azərbaycan Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən konsertlərdə Almaniyada yaşayan müsiqiçi və bəstəkar Xədicə Zeynalovanın rəhbərlik etdiyi “Bridge of Sound” orkestri, Oqtay Zeynalov-Şubert (skripka), …
Read More »Kürdəmirdə Zəfər Günü qeyd edilib
8 Noyabr – Zəfər Günü Kürdəmirdə izdihamla qeyd edilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Dövlət Himni oxunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclərdən ibarət olan hərbi şahin dəstələri sıra yürüşü keçirib. Hərbi vətənpərvərlik mövzusunda meydanlarda yaşanan maraqlı anlar yerli sakinlərin də böyük marağına səbəb olub. Sosial durumundan, yaşından asılı olmayaraq hər kəs küçələrə axışdı, eynilə ötən ilin bu …
Read More »Naxçıvanda Zəfər yürüşü keçirilib, Kəngərlidə Bayraq Meydanı istifadəyə verilib
Vətən müharibəsində böyük qələbənin ildönümü Naxçıvan Muxtar Respublikasında böyük coşğu və əsl qələbə ruhu ilə qeyd edilib. Boyukmillet.com xəbər verir ki, Naxçıvan şəhərində xalq gəzintisi və şəhidlərin məzarlarını ziyarət təşkil olunub, küçə və prospektlərdə, yollarda qələbə yürüşünə çıxan sakinlər əllərində üçrəngli bayraq, dillərində “Qarabağ Azərbaycandır!” şüarı ilə Böyük Zəfərin ildönümü qeyd ediblər. Naxçıvan Muxtar Respublikasında böyük bayram ab-havası ilə qeyd …
Read More »Naxçıvanda Zəfər Günündə Kəngərli rayon Bayraq Meydanı istifadəyə verilib – FOTOLAR
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi,Lider-xalq birliyinin nəticəsində yenilməz Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etdi. Dövlət-xalq-ordu birliyi, xalqın liderinə olan inamı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar