“Şuşaya qondarma qurumun qondarma “parlamentinin” köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox?”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. “Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan …
Read More »Prezident İlham Əliyev Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
“Əziz hərbçilər, sizi, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edərkən deyib.
Read More »Ərdoğan Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məlumat verib.
Read More »Mövlud Çavuşoğlu Azərbaycan səfiri ilə görüşüb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan səfiri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Qarabağdakı 30 illik həsrətə son verən Zəfərin birinci ildönümündə Can Azərbaycanın Ankaradakı yeni səfiri Rəşad Məmmədovla görüşdük. Azərbaycanla qardaşlığımız daimi, sevincimiz ortaqdır”, – məlumatda qeyd olunub.
Read More »Baş prokuror Zəfər Günü ilə bağlı paylaşım edib
Azərbaycan Baş prokuroru Kamran Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə tviter səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan xalqı bir il öncə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi Zəfər əldə etdi. Zəfər Günün mübarək, Azərbaycan!!! Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır! Allah şəhidlərimizə rəhmət eləsin!!!”
Read More »Vyanada Zəfər Günü təntənə ilə qeyd edilib
Vyana şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, bayram tədbirində Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları, Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun, Türkiyənin Vyanadakı baş konsulu Asip Kaya, türkiyəli diplomatlar, iş adamları, Azərbaycan və Türkiyə icmalarının, yerli ictimaiyyətin nümayəndələri …
Read More »Azərbaycanda “Zəfər Günü” mövzusunda poçt markası dövriyyəyə buraxılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC “Zəfər Günü” mövzusunda poçt markasını dövriyyəyə buraxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Nazirlikdən məlumat verilib. Məlumata görə, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 40 min tirajla nəşr edilib. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.
Read More »Ukrayna parlamentinin deputatları Azərbaycanın Zəfər Günü ilə bağlı açıqlama yayıblar
“Ötən il baş verən 44 günlük müharibədə azərbaycanlılar qəhrəmanlıq göstərdilər, ərazilərini işğaldan azad etdilər. Bununla da dünya yeni bir dövrə qədəm qoydu: illərdir post sovet ölkələrini iflic edən dondurulmuş münaqişələrin həlli mümkün olan bir dövr. Çünki, ən təhlükəli və gözlənilməz qarşıdurmalardan bəziləri “dondurulmuş” termini ilə adlandırılan münaqişə ocaqlarında baş verir”. Bunları “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatları Valeriy Kolyux, Volodimir …
Read More »Lənkəranda Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub
Lənkəranda Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq şəhidlərin xatirəsi anılıb. Anım mərasimində rayon rəsmiləri, şəhidlərin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları ilk olaraq yenidən qurulan Şəhidlər xiyabanı xatirə kompleksində adları əbədiləşdirilən lənkəranlı şəhidləri ziyarət etdilər. Abidə önünə tər güllər düzülüb, …
Read More »Vətən müharibəsində Türkiyə istehsalı olan PUA-lar 900-ə yaxın hədəfi məhv edib
“Azərbaycanın Türkiyədən aldığı pilotsuz uçuş aparatı 44 günlük müharibədə bütün cəbhəboyu əməliyyatlarda istifadə olunub”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “TRTHaber” kanalı 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin istehsalı olan pilotsuz uçan aparatlarla (PUA) bağlı yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanın Türkiyədən aldığı PUA-lar Qarabağda qələbənin qazanılmasında əhəmiyyətli amillərdən biridir: “Türkiyə PUA-larının bu bacarığı dünya miqyasında savaş kansepsiyasını …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar