Cümə , 10 Aprel 2026

autor

“AzerGold” Daşkəsəndə aztəminatlı şəhid və qazi ailələrinə yardımlar edib

“AzerGold” QSC-nin kollektivi müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı qələbənin birinci ildönümü – Zəfər Günü münasibətilə Daşkəsən rayonunda şəhid və qazi ailələrini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, səhmdar cəmiyyətinin əməkdaşları ümumilikdə 116 şəhid və qazi ailəsinin evlərində qonaq olublar. Görüşlərdə böyük amallar uğrunda canlarından keçən, ömür paylarını gələcək nəsillərin …

Read More »

Gəncədə Zəfər Günü qeyd olunur

Gəncədə Zəfər Gününə həsr olunan silsilə tədbirlərə başlanılıb. Boyukmillet.com “Report”un Qərb bürosunun məlumatına istinadən xəbər verir ki, gecə saatlarından başlayaraq şəhər sakinləri şanlı bayraqlarla bəzədilmiş avtomobilləri ilə mərkəzi küçə və prospektlərdə avtoyürüş keçiriblər. Gəncənin İstiqlal parkında 8 Noyabr – Zəfər Gününə həsr olunan ümumşəhər tədbirində Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə …

Read More »

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

“Tək Vətən Hərəkatı” ilə işğal edilmiş torpaqlarını azad edən və türkün gücünü bütün dünyaya göstərən Azərbaycan türkü qardaşlarımızı 8 Noyabr-Zəfər Günü münasibətilə təbrik edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter hesabında edilən paylaşımda bildirilib. “Türkiyə və Azərbaycan tək millət, iki dövlət olaraq bir və bəranar olmağa davam edəcək”, – təbrik mətnində vurğulanıb.

Read More »

Pakistan səfirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

Pakistan səfirliyi Vətən müharibəsində qələbənin birinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrik səfirliyin rəsmi tviter səhifəsində paylaşılıb. “8 Noyabr – Zəfər Günü münasibətilə qəhrəman Azərbaycan xalqını təbrik edirik. Cəsur şəhidlərin ruhu üçün dualar edirik. Qoy qələbə hər zaman Azərbaycanla olsun”, – paylaşımda deyilir.

Read More »

Hulusi Akar Azərbaycanın Zəfər Gününü şeirlə təbrik edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Türkiyə şairi Hasan Akarın “Sən Azərbaycan ürəyimdə atəş” şeirindən bir hissə səsləndirib. Boyukmillet.com həmin şerin nazirin səsləndirdiyi bəndini və tam varinatını təqdim edir. H.Akarın söylədiyi bənd “Getməsin Şuşaya, azadlığa xarıbülbül, Açmasın lalələr torpaqdaykən minlərlə gül. “Enməsin yüksələn bayraq”, bitsin əsrlik zülm, Qonmaz başqa eşqə Azərbaycansız bu …

Read More »

Bakıda Zəfər Günü yürüşü başlayıb

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş keçirilir. Boyukmillet.com xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə “Azneft” dairəsindən başlayan aksiyada onminlərlə insan iştirak edir. Yürüş iştirakçıları əllərində Azərbaycanın şanlı bayrağını tutublar. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları çiynlərində Azərbaycan bayrağı daşıyırlar. Aksiya “Ağ şəhər” bulvarınada – Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Read More »

Mehriban Əliyeva Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 8 Noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com  paylaşımı təqdim edir: “Əziz həmvətənlər! Vətən müharibəsində əldə edilən şanlı Qələbənin birinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Sözlə ifadə edə bilmədiyim, daxilimizdə, qəlbimizdə yaşayan hissləri bizə bəxş edən Uca Tanrıya şükürlər olsun. Hər bir azərbaycanlı bu Qələbəni gözləyirdi, hər bir azərbaycanlı …

Read More »

Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, məhdudiyyət paytaxt ərazisində keçirilən tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub. Qeyd edək ki, yürüş “Azneft” dairəsindən başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar “Azneft” …

Read More »

Azərbaycan Xarici İşlər Nazirliyi Zəfər Günü münasibətilə bəyanat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr – Azərbaycan Respublikasında Zəfər Günü münasibətilə bəyanat yayıb. XİN-dən  verilən məlumata görə, bəyanatda deyilir: “8 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Zəfər Gününü qeyd edir. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, 27 sentyabr 2020-ci …

Read More »