Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi özünün tviterdəki səhifəsində Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “25 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Qubadlı şəhərində üçrəngli bayrağımızı ucaltdı”. 25 oktyabr, 2020-ci il tarixində #MüzəffərAliBaşKomandan cənab İlham Əliyevin rəhbərliyi altında #RəşadətliAzərbaycanOrdusu #Qubadlı şəhərində üçrəngli …
Read More »Qubadlının işğaldan azad olunmasından 1 il ötür
Bu gün – oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Boyukmillet.com xatırladır ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. 2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının …
Read More »MN: Ehtiyatda olan bir qrup hərbi vəzifəli təlimə çağırılır
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir. Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır. Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və …
Read More »Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha 4 medal qazanıb
Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan komandası daha 4 medal əldə edib. Boyukmillet.com-un məlumatına görə, Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final görüşündə uduzan Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medala sahib olublar. …
Read More »Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib
Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz” tədbirlər silsiləsi çərçivəsində şəhid baş leytenant Vüsal Babayevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Boyukmillet.com sxəbər verir ki, bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir. Mərasimdə şəhid baş leytenant Vüsal Babayevin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, Müdafiə …
Read More »Xameneyi Azərbaycan dilində facebook və twitter hesabı açdı – FOTO
Xameneyi Azərbaycan dilində facebook və twitter hesabı açıb. Azərbaycanda İranı təbliğ edən internet resurslarının fəaliyyətinə son verilməsi ilə paralel olaraq, İranın ali dini lideri Seyid Əli Xameneyi Azərbaycan dilində sosial media hesabları açdırıb.
Read More »Mehriban Əliyeva Zəngilandan paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilandan paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevlə fotosunu özünün instaqramdakı hesabında paylaşıb.
Read More »TBMM-in deputatı: “Qarabağ müharibəsində Türkiyə-Azərbaycan həmrəyliyi türk dünyasına yayıldı”
“Bizim üçün önəmli olan Türkiyə ilə Azərbaycan arasındakı həmrəyliyin Qarabağ müharibəsindən sonra bütün türk dünyasında, bu coğrafi məkanda əks olunmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistanda keçirilən president seçkilərini müşahidə edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib. “Biz bunu arzu edirik. Qardaşlığın, birlikdə olmağın nə qədər önəmli olması Qarabağ müharibəsində …
Read More »Özbəkistanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə başlayıb
Özbəkistanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə başlayıb. Boyukmillet.com xəbər verir ki, diplomatik nümayəndəlikdə yaradılmış 27 saylı seçki məntəqəsində səsvermə 08:00-dan 20:00-dək davam edəcək. Seçki komissiyasının sədri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanovdur. Seçicilərin əksəriyyəti Bakı şəhərində, həmçinin Quba, Gəncə və Sumqayıtda yaşayır. Bununla belə, Azərbaycanın digər şəhər və rayonlarında yaşayan seçicilərin də səsvermədə iştirak edəcəyi gözlənilir. …
Read More »Süleyman Soylu: “Murat Karayılanın da məhv edilmə növbəsi çatır”
Türkiyədə PKK terrorçuları məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviterdəki səhifəsində yazıb. O, qeyd edib ki, Çukurcadan Hakkariyə keçən 2 terrorçu pilotsuz uçuş aparatı və quru əməliyyatı ilə öldürülüblər. Nazir PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılana xitabən “siçan kimi gizlənməsin, onun da növbəsi çatır”, – deyə sosial şəbəkədə yazıb. Xatırladaq ki, 1984-cü …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar