Cümə , 10 Aprel 2026

autor

Füzulidə çoxmənzilli yaşayış məhəlləsi salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış məhəlləsi barədə məlumat verilib. Bildirilib ki, 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət …

Read More »

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Boyukmillet.com-un xəbərinə görə, paylaşımda deyilir: “Bu gün biz dövlətin suverenliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqilliyin Bərpası Gününü qeyd edirik. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik arzulayıram. Vətən uğrunda həlak olmuş bütün …

Read More »

Nazirlik: “1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq”

Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir. Sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əmək haqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən …

Read More »

XİN rəhbəri: “Azərbaycan Qətər ilə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır”

“Azərbaycan Qətər ilə münasibətlərin möhkəmləndirilməsinin davam etdirilməsində maraqlıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziriCeyhun BayramovQətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əsas aspektlərdən biri iqtisadi əməkdaşlıqdır: “Görüş zamanı Qətər şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası işlərində iştirakı məsələsi də müzakirə …

Read More »

Qazaxıstan səfirliyi Azərbaycanı təbrik edib

Qazaxıstan səfirliyi Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan diplomatik nümayəndəliyinin feysbukdakı paylaşımında deyilir. “Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir. Azərbaycan xalqına və dövlətinə bundan sonra da dinamik inkişaf, sülh, əmin-amanlıq və tərəqqi arzu edirik!”, – paylaşımda bildirilir.

Read More »

Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik edib

“Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Can Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm. Dost və qardaş xalqımıza azad illər arzulayıram”. Boyukmillet.com xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özünün tviter səhifəsində yazıb.

Read More »

Fransa səfirliyi Azərbaycanı təbrik edib

Fransa səfirliyi Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransa diplomatik nümayəndəliyinin feysbuqdakı paylaşımında deyilir. “Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edirik!”, – paylaşımda deyilir.

Read More »

Türkiyəli nazir: “Qarabağ zərərindən sonra problemləri həll etmək daha asandır”

“İki ölkə arasında həll olunmayan problem yoxdur. Qarabağ zərərindən sonra problemləri həll etmək daha asandır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilgin oktyabrın 18-də Bakıda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşdən sonra deyib.  O bildirib ki, iki ölkə qarşılıqlı əməkdaşlıq üçün bundan sonra da birgə çalışacaq.

Read More »

Prezident: “Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır”

“Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində yer alıb. “Son illər ərzində iqtisadiyyatımızın həcmi üç dəfədən çox artmış, güclü iqtisadi infrastruktur yaradılmış, …

Read More »

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə səfərdə olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun tikintisi barədə məlumat verildi. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, yolun tikintisi Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin …

Read More »