Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

XİN rəhbəri: “Azərbaycan Qətər ilə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır”

“Azərbaycan Qətər ilə münasibətlərin möhkəmləndirilməsinin davam etdirilməsində maraqlıdır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziriCeyhun BayramovQətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əsas aspektlərdən biri iqtisadi əməkdaşlıqdır: “Görüş zamanı Qətər şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası işlərində iştirakı məsələsi də müzakirə olunub. İqtisadiyyat sahəsində investisiyalar baxımından əməkdaşlığı vacib məsələ hesab edirik. Görüş zamanı həmçinin enerji əməkdaşlığı və Qətər şirkətlərinin Qarabağın bərpasına cəlb edilməsi məsələləri müzakirə olunub”.

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani, öz növbəsində, Azərbaycan ilə dialoqun Qətər üçün çox vacib olduğunu, ölkələrin iqtisadi əməkdaşlığı fəal şəkildə inkişaf etdirdiklərini bildirib.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …