Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər. “Bildiririk ki, mülki tibbi yardım maşınından …
Read More »Milli Məclis “Müstəqillik Günü haqqında” yeni qanunu qəbul edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Qanunun qəbul edilməsi ilə 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilir. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü …
Read More »Azərbaycan Ordusunun giziri intihar edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Məmmədov Namin Ruslan oğlu məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Hadisə oktyabrın 14-də axşam saatlarında qeydə alınıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Read More »Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanıb
Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanıb. Boyukmillet.com cəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq və Bakı-Tbilisi-Ərzurum xətti ilə nəql ediləcək əlavə 11 milyard kubmetr təbii qaz ticarəti müqaviləsi imzalanıb. O qeyd edib ki, Türkiyə əlavə təbii qaz təchizatı mövzusunda əhəmiyyətli irəliləyişlər …
Read More »Milli Məclis Prezident İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib
“İclasımız tarixi gün ərəfəsində keçirilir. Bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 30 il ötür”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, həmin vaxt ölkəmizin qarşısında duran ən vacib məsələlərdən biri dəyişən şəraitə uyğun dövlət quruculuğu yaratmaq idi: “Həmin dövrdə hərc-mərclik, hakimiyyət davası dövləti idarəedilməz hala gətirmişdi. Erməni silahlı …
Read More »Leyla Əliyeva: “Tahir Salahov yaradıcılığı ilə dünyanı fəth edib”
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda SSRİ, Azərbaycan və Rusiyanın xalq rəssamı Tahir Salahova həsr olunan sərgi keçirilib. Boyukmillet.com “Report”un Rusiya bürosuna istinadən xəbər verir ki, tədbiri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açıb. “Görkəmli rəssam Tahir Teymur oğlu Salahovun xatirə gecəsində sizi salamlamağa çox şadam. Bu, çox rəmzi haldır ki, bugünkü tədbir Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin “Azərbaycan” pavilyonunda keçirilir. …
Read More »Ombudsman ermənilərin Tərtər qəbiristanlığını atəşə tutmasının ildönümü ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasının ildönümü ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Məlumdur ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutulmuş, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edilmişdir. Həmin müharibə dövründə …
Read More »Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, iclası Belarus Prezidenti Aleksandr Lukaşenko açıb. İclasda Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edəcək. Görüşün gündəliyinə 11 məsələ daxildir. İclasda dövlət başçılarının MDB çərçivəsində qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparacaqları, 2022-ci ildə MDB-yə sədrliklə bağlı qərar qəbul edəcəkləri gözlənilir.
Read More »Azərbaycan Baş prokurorunun Gürcüstana rəsmi səfəri başlayıb
Azərbaycan Baş prokuroru Kamran Əliyev Gürcüstanda rəsmi səfərdədir. Boyukmillet.com xəbər verir ki, o, səfər çərçivəsində gürcü həmkarı İrakli Şotadze ilə görüşəcək. Görüşdə iki ölkə arasında prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. K.Əliyevin digər rəsmi şəxslərlə də görüşləri planlaşdırılıb. Baş prokuror Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edəcək.
Read More »Milli Məclis “Müstəqillik Günü haqqında” yeni qanunu qəbul edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Qanunun qəbul edilməsi ilə 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilir. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar