Cümə , 10 Aprel 2026

autor

Füzuli və Xocavəndə media-tur təşkil edilib

Müdafiə Nazirliyi tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Füzuli şəhərinə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil edilib. Boyukmillet.com  xəbər verir ki, media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən, həmçinin Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar. Hərbi qulluqçular Hadrut və Füzuli istiqamətində aparılan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.

Read More »

Samir Adıgözəlli: “İfşa edilən Marietta Vartanyan kimi “mömin qadın”ların Ermənistan xüsusi xidmət orqanları tərəfindən meydana çıxarıldığı aydın görsənir”

Ən müxtəlif “obrazlar”da meydana çıxarılan və Azərbaycana qarşı qaralama kampaniyasında “ön cərgəyə” qoyulan “dindar qadınlar”ın son günlərdə aktivləşməsinin şahidi oluruq. Müxtəlif saytlarda, əsasən də sosial şəbəkələrdə, YouTube kanallarında bu “aktiv islamçıları, hüseynçiləri, zeynəbçiləri” görürük. Bir neçə gün əvvəl “Zeynəbcilər meydandadır” adı altında Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirən başı çarşablı “mömin qadının” əsl kimliyi bəlli olub. Bu qadın gah zeynəbçi, …

Read More »

Sahibə Qafarova Slovakiyanın xarici işlər naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İvan Korçokla görüşüb. İvan Korçok Milli Məclisin sədri ilə görüşdən məmnunluğunu bildirib və Azərbaycanla Slovakiya arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb. Nazir bu əlaqələrin dərinləşməsində parlament diplomatiyasının rolunu ifadə edib. O, qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb, yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib. Cari ilin …

Read More »

İran xəyanətinin Şuşadakı izləri… – Politoloq

“Möhtəşəm Şuşamıza səfər etməyimizə yardım göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusilə təşəkkür edirəm. Belə bir deyim var, “Vətənə gəldim, imana gəldim”. Şuşaya gedərkən təxminən buna bənzər hisslər yaşayırsan. Buranın o qədər gözəl, saf oksigenli havası var ki, insan geri qayıtmaq istəmir. Səfər çox məzmunlu təşkil edilmişdi. Biz Şuşanın bütün tarixi yerlərində olduq. Xan qızı Natəvan bulağını, İsa bulağını, Yuxarı …

Read More »

Bakı İranın krim-tranzitini məhv etdi – Perenciyev

İranın xarici işlər nazirinin Moskvaya səfəri çoxşaxəli idi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran-Azərbaycan münasibətlərinin pisləşməsindən narahatlığını ifadə etsə də, əsas müzakirə rəsmi Moskva ilə Tehran arasında iqtisadi əməkdaşlıq oldu. Azərbaycana aid mövzu isə 2016-cı ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran liderlərinin görüşü zamanı start verilən “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində nəzərdən keçirildi. Bu sözləri Axar.az-a Plexanov adına …

Read More »

Azərbaycan Tehrana xəbərdarlığını edib: Cavabları veriləcək…

“Azərbaycanın qarşısına maşa olaraq çıxarılmış Ermənistan Respublikası, o cümlədən onun havadarları bir çox hallarda Azərbaycana qarşı təbliğat və təxribat işləri ilə məşğul olublar. Amma Azərbaycan müstəqilliyindən bəri öz mövqeyində prinsipial qalıb, prinsipiallığını da nümayiş etdirir.”  Boyukmillet.com xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib. Polkovnik bildirib ki, heç bir dövlətin bizə qarşı təhdidləri cavabsız …

Read More »

“Daxildə iranpərəst qüvvələr var, vəzifədə olanlar da…” – Deputat

“Əksər dövlətlər Ermənistana yardım edirdi, həmçinin bəzi qonşu dövlətlər, o cümlədən İran. İran faktiki olaraq 44 günlük müharibənin 43 günündə Ermənistana yardım elədi. Hələ mən müharibədən əvvəlki yardımları demirəm”. Boyukmillet.com xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov “Yeni Müsavat”a müsahibəsində deyib.   O, bildirib ki, müharibə günlərində İran həm silah-sursat verdi, həm də digər məsələlərlə bağlı işğalçı Ermənistana yardım etdi. …

Read More »

Bu gün Hadrutun işğaldan azad olunduğu gündür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. Boyukmillet.com xəbər verir ki, ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb. Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, …

Read More »

Talış kəndinə gedən yolda genişmiqyaslı tikinti işləri aparılır

Prezident İlham Əliyevin oktyabrın 3-də Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ərazidə genişmiqyaslı tikinti işlərinə start verib. Boyukmillet.com xəbər verir ki, yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biridir. 4 yaşayış məntəqəsini birləşdirən …

Read More »

Hadrut döyüşçüləri danışır: “Keçilməz yol, dağ və kolluqlardan irəliləyərək qəsəbəyə daxil olduq”

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları sonda tarixi qələbə ilə nəticələndi. Vətən müharibəsi dövründə demək olar ki, hər gün kəndlərin, qəsəbələrin, şəhərlərin işğaldan azad olunması xəbəri gəlirdi. Ötən ilin məhz bu günü Azərbaycan xalqını sevindirən xəbərlərdən biri də Hadrut qəsəbəsinin işğaldan azad olunması idi. Artıq bu gün Azərbaycan xalqı 28 il düşmən işğalı altında olan …

Read More »