Bazar ertəsi , 6 Aprel 2026

autor

İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Prezident İlham ƏIiyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com-un məlumatına görə, təbrikdə deyilir: “Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm. Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir. Cəmiyyətimizdə …

Read More »

Azərbaycan dünya ölkələrini gələn il Bakıda keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü”nə dəvət edir

Azərbaycan dünya dövlətlərini 2026-cı il iyunun 5-də Bakıda keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü”ndə (World Environment Day) iştirak etməyə dəvət edir. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Seulda keçirilən “Ümumdünya Ətraf Mühit Günü”ndə çıxışı zamanı bildirib. Nazir müavini xatırladıb ki, 2026-cı ildə Azərbaycanda 13-cü Ümumdünya Şəhərlər Forumu (WUF13) da keçiriləcək. “Azərbaycan …

Read More »

Cənubi Koreyada Azərbaycan nümayəndə heyətinin iştirakı ilə “Ümumdünya Ətraf Mühit Günü” başlayıb

Cənubi Koreyanın Çedju şəhərində “Ümumdünya Ətraf Mühit Günü” başlayıb. Boyukmillet.com xəbər verir ki, bu tədbir BMT-nin Ətraf Mühit Proqramının (UNEP) təşkilatçılığı ilə keçirilir. Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir. Tədbir iştirakçılarına BMT-nin Baş katibi Antonio Quterreş videomüraciətlə çıxış edib. “Ümumdünya Ətraf Mühit Günü plastik çirklənmə ilə mübarizə yollarının axtarışına həsr …

Read More »

Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib

Amerika lideri Donald Tramp bazar ertəsindən (9 iyun – Qeyd) etibarən 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib və daha 7 ölkənin sakinlərinə qismən məhdudiyyətlər qoyub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyannamədə deyilir. Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Məhdudiyyətlər bazar ertəsi, …

Read More »

ABŞ BMT TŞ-nın Qəzzada atəşkəslə bağlı qətnaməsinə veto qoyub

Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyub. Boyukmillet.com xəbər verir ki, qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü hazırlayıb. Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında qətnaməni dəstəkləməyən yeganə ölkə olub.

Read More »

Ukrayna kəşfiyyatı bunu da bacardı – “Şəxsi məlumatları əlimizdədir” + FOTOLAR

Ukrayna kəşfiyyatı Rusiya Federasiyasının strateji aviasiya sahəsində əsas müəssisələrindən biri olan Tupolev Konstruktor Bürosunun (KB) resurslarını sındırıb. Boyukmillet.com Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbə bildirib.  Mənbənin sözlərinə görə, bu əməliyyat daxili xidməti yazışmalar, işçilərin şəxsi məlumatları, yaşayış ünvanları, mühəndislərin tərcümeyi-halı, satınalma sənədləri və qapalı iclasların protokolları daxil olmaqla məlumatların əldə edilməsi …

Read More »

Trampın nəvəsinə elçi düşən gənc saxlanıldı – Malikanəyə dırmaşırmış + FOTO

Boyukmillet.com xəbər verir ki, 23 yaşlı Entoni Tomas Reyes malikanənin divarına dırmaşarkən həyəcan siqnalı işə düşüb.  Nəticədə o,  Məxfi Xidmətin əməkdaşları tərəfindən yaxalanıb. Reyes ifadəsində Trampa “müqəddəs mesajı çatdırmaq” və 18 yaşlı nəvəsi Kai ilə evlənmək istədiyi üçün bu addımı atdığını bildirib. Məlumata görə bu, Reyesin ilk cəhdi deyil. O, yeni il gecəsində də malikanəyə girməyə cəhd göstərib. Hadisənin baş …

Read More »

“Azərenerji” rəsmisi: “İstilik tarifləri real maya dəyərindən 13 dəfə aşağıdır”

Nazir müavini: “Yeni qanunun tətbiqindən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq” Azərbaycanda istilik təchizatı sahəsində mövcud tariflərin real dəyərdən çox aşağı olduğu bildirilib. Bunu iyunun 4-də Milli Məclisdə “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirələri zamanı “Azərenerji”-nin texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev deyib. O qeyd edib ki, istilik tarifləri real maya dəyərindən 13 dəfə aşağıdır. “Hazırda 1 kvadrat metr üçün …

Read More »

İş və istirahət günlərinin yerləri dəyişdirilib

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib. Bununla da ardıcıl dörd gün – iyunun 26-sı (Silahlı Qüvvələr Günü), 27-si, 28-i və 29-u qeyri-iş günləri olacaq.

Read More »

Ötən ay KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 103 nəfər qəbul edilib, 4-ü ölüb

May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 103 nəfər qəbul edilib. KTM-dən  verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 30 nəfər sirkə turşusundan, 2-si spirtli içkidən, 8-i ilan sancmasından zəhərlənən şəxslərdir. Həmçinin onlardan 1 nəfər dəm qazından, 14 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 2 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər yabanı bitkilərdən …

Read More »