Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir. Boyukmillet.com DTX-nin saytına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə …
Read More »Məhkəmə şöbədə arvadını güllələyərək öldürən polislə bağlı qərar verib
Binəqədi Rayon Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Boyukmillet.com xəbər verir ki, məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, İ.Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, hadisə sentyabrın 30-da səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində qeydə alınıb. Belə ki, Nizami RPİ-nin Post Patrul …
Read More »Türkiyənin Yunanıstan, Suriya ilə sərhədlərində bir neçə terrorçu saxlanılıb
Türkiyənin Yunanıstan və Suriya ilə sərhədlərində PKK və İŞİD terror təşkilatlarının üzvləri saxlanılıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iki təşkilatın 7 terrorçusu saxlanılıb. Qeyd edilir ki, dövlət sərhədində antiterror əməliyyatı davam edir.
Read More »Naxçıvan Ali Məclisi Aparatına yeni şöbə müdiri təyin edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinə yeni müdir təyin olunub. Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə Naim Etibar oğlu Cahidzadə təyinat alıb. Qeyd edək ki, Naim Cahidzadə “Naxçıvan” Universitetində İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyib.
Read More »Samir Adıgözəlli: “…Bizə qardaş ölkələr sayılan Orta Asiya respublikalarının parlamentlərinin Xocalı soyqırımını tanımaması təəccüb və təəssüf doğurur
Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə və Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşlərində bu ölkənin parlamentini Xocalı soyqırımını tanımağa çağırıb. Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən məlumata görə, Milli Məclisin sədri qarşıdan 30-cu ildönümü gələn Xocalı soyqırımı barədə həmkarına ətraflı məlumat verib və diqqətə çatdırıb ki, bəzi beynəlxalq təşkilatlar və dünyanın bir …
Read More »İSBAM sədri Türkiyə Baş Konsolu ilə görüşdü
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin rəhbərlik etdiyi nümayəndə heyyəti Gəncə şəhərində Türkiyə Respublikasının Baş Konsolu dr Zəki Öztürk ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə İSBAM-ın dəvətilə ölkəmizdə səfərdə olan İstanbul Medianın başqanı Ali Rza Yıldız, başqan yardımcısı Gökan Balçı, İSBAM icraçı direktoru Şahin Həsənov iştirak etmişdir. Ayna Fərhad
Read More »Əfqanıstanın şimalında toqquşma olub
Əfqanıstanın şimalındakı Pərvan əyalətinin mərkəzi Çərikar şəhərində bir neçə güclü partlayış baş verib. Boyukmillet.com “Afghanistan İnternational”a istinadən xəbər verir ki, günorta saatlarında baş vermiş partlayışlardan sonra atışma başlayıb. Mənbələrə görə, bu, iqtidardakı “Taliban” hərəkatının döyüşçülərilə Milli Müqavimət Cəbhəsi arasında toqquşma ola bilər. “Taliban” bu məsələyə hələlik münasibət bildirməyib.
Read More »“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olunub
“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib. L.Güləliyeva təyinatla bağlı xəbəri “Report”a təsdiqləyib. Qeyd edək ki, L.Güləliyeva Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən …
Read More »Azərbaycanın İtaliyadakı səfiri erməni keşişin yalan iddialarına cavab verib
İtaliyada dini çevrələrə bağlı olan Riforma.it qəzetində dərc olunmuş Böyük Britaniya və İrlandiyanın erməni kilsəsinin primatı, yepiskop Hovakim Manukyanun Azərbaycana qarşı yalan iddialarına cavab olaraq həmin qəzetdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məktubu dərc olunub. Azərbaycanının İtaliyadakı Səfirliyindən verilən məlumata görə, diplomat məktubunda Azərbaycanda Dağlıq Qarabağ adlanan inzibati ərazi vahidinin olmadığını, ümumilikdə Azərbaycan ərazisinin 20%-ni təşkil edən Qarabağ və Şərqi Zəngəzurun 90-cı …
Read More »Azərbaycanda daha 689 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınıb, 1 816 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 484 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 738 nəfər müalicə olunaraq sağalıb, 6543 nəfər vəfat edib, aktiv xəstə sayı 17 310 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar