Gürcüstandan olan bir qrup jurnalist Gəncə şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, onlar Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkiblər. Dünyasını dəyişənlərin xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar baş verən əraziyə güllər düzüblər. Burada yaşanan acı hadisələrlə yerində tanış olublar. Qeyd edək ki, gürcü jurnalistlər bundan əvvəl Ağdam və Şuşada olublar.
Read More »Beynəlxalq faktaraşdırıcı missiyanın üzvləri Azərbaycana gəlib
İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyəti Azərbaycanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Nümayəndə heyəti Ağdam, Tərtər və Gəncədə faktaraşdırıcı missiya həyata keçirəcək.
Read More »“Azərbaycanın qələbəsi bizim qələbəmizdir” – Pakistan Senatının sədri – FOTO
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb. Səfir Xəzər Fərhadov qəbula görə Pakistan Senatının sədrinə təşəkkür edib və iki qardaş ölkə – Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrdən söhbət açıb. Xəzər Fərhadov Pakistana səfir təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu …
Read More »Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq – DİN açıqladı
Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına sahib olmaları xidmətə cəlb olunan polisin naryad qrupları tərəfindən seçmə yolu ilə yoxlanılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, stasionar postlarda və yollarda avtopatrulda …
Read More »“Azərbaycan erməni vətəndaşlarını yenidən reinteqrasiya etmək əzmindədir” – Ceyhun Bayramov
“Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir. Münaqişədən sonrakı yenidənqurma anlayışımız xalqımızın ehtiyaclarına və prioritetlərinə əsaslanır”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsi əsas prioritetlərdəndir: “Azərbaycan etnik və …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.09.2021)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1% azalaraq 1,9900 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0233 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,99001 Rusiya rublu0,02331 Avstraliya dolları1,23001 Argentina pesosu0,01731 Belarus rublu0,67991 Braziliya rialı0,32141 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1148100 Cənubi Koreya vonu0,14421 Çexiya kronu0,0784100 Çili pesosu0,21581 Çin yuanı0, 26291 Danimarka …
Read More »Çinin şərqində gəmilər toqquşub, ölən və itkin düşənlər var
Çinin Çjeszyan şərq əyalətinin akvatoriyasında iki gəminin toqquşması bir nəfərin həlak olmasına gətirib çıxarıb, daha iki nəfər itkin düşmüş hesab edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə dəniz işləri üzrə əyalət idarəsinə istinadən “Çjunqo sinvenvan” informasiya resursu bildirib. Hadisə çərşənbə günü axşam Çjouşan adalarından şərqdə olub. Bildirilir ki, fəlakət siqnalı Panamada qeydə alınmış yük gəmisinin və Çin balıqçı gəmisinin toqquşmasından …
Read More »Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşüb
Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov BMT Baş Assambleyasında Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri özünün tvitterdəki səhifəsində yazıb. Ceyhun Bayramov bildirib ki, görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq, əlaqələrin inkişafı perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib. Met @coe Secretary General @MarijaPBuric in the margins of #UNGA. We discussed …
Read More »Türkiyə və Finlandiyanın XİN rəhbərləri Əfqanıstanı müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 76-cı sessiyasında çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş “Türk evi”ndə baş tutub. Nazirlər Əfqanıstandakı son vəziyyəti müzakirə ediblər. XİN başçılarının görüşündə həmçinin gələcək inkişaf perspektivlərini və vasitəçilik məsələləri də diqqət mərkəzində olub. Vüsalə Abbasova
Read More »Ərdoğan ABŞ-a səfərini başa vurub
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ABŞ-a səfərini başa vurub. Boyukmillet.com “Report”un yerli bürosuna istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 76-cı sessiyasında çərçivəsində sentyabrın 20-də Nyu-York şəhərinə səfər edən prezident “Türk evi”ndən yola salınıb. Ərdoğan səfər çərçivəsində bir çox ölkələrin dövlət və hökumət başçıları ilə görüşüb. O, Nyu-Yorkdan ayrılmazdan əvvəl “Türk evi”ndə diplomatlarla xatirə şəkili çəkdirib. Vüsalə Abbasova
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar