Azərbaycan “Junior Eurovision 2021” mahnı müsabiqəsində iştirak edəcək. Boyukmillet.com İTV-yə istinadən xəbər verir ki, ölkəmizi müsabiqədə Sona Əzizova təmsil edəcək. Hazırda mahnı seçimi işləri aparılır. Qeyd edək ki, Avropa Yayım Birliyi (EBU) və Fransa Televiziyasının birgə təşkilatçılığı ilə ərsəyə gətiriləcək müsabiqə dekabrın 19-da Parisin Sequin adasındakı “La Siene Musicale” konsert salonunda keçiriləcək.
Read More »Azərbaycan karateçiləri Avropa çempionatında iştirak edəcək
Azərbaycan karateçiləri 20-22 avqustda Finlandiyanın Tampere şəhərində keçiriləcək yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edəcək. Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi millinin heyətində 14-15 yaşlı yeniyetmələrdən 10 idmançı, 16-17 yaşlı gənclərdə 8, 18-21 yaşadək gənclər arasında isə daha 10 karateçi yer alıb. Yarışa kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük …
Read More »Əfqanıstan Prezidenti pullarını özü ilə götürə bilməyib
Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkəni tərk edərkən 4 maşın dolu pulu özü ilə hava limanına gətirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfirliyindən “RİA Novosti”yə məlumat veriblər. Bildirilib ki, Ə.Qəni 4 maşın dolu pulu özü ilə aeroporta gətirsə də, bütün pulları özü ilə aparmağa müvəffəq ola bilməyib. “Pulların bir hissəsi uçuş zolağında qalıb”, – məlumatda qeyd edilib.
Read More »Türkiyədə sel nəticəsində 47 nəfərin itkin düşdüyü açıqlanıb
Türkiyənin qərbi Qara dəniz bölgəsində yaşanan sel fəlakəti nəticəsində 47 nəfər itkin düşmüş sayılır. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, quruma Sinop və Kastamonu şəhərlərində ümumilikdə 47 sakinin itkin düşməsi ilə bağlı müraciət daxil olub. Hazırda itkin düşənlərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Qeyd edək …
Read More »Azərbaycan Ombudsmanı Ermənistanın təxribatları ilə bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çağırış edib
Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı növbəti dəfə açıqlama yayıb. Boyukmillet.com xəbər verir ki, açıqlamada deyilir: “Təəssüflə bildiririk ki, Ermənistan sərhədyanı və işğaldan azad edilmiş ərazilərimiz ətrafında sistemli şəkildə hərbi təxribatlar törətməkdə davam edir. Belə ki, avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar …
Read More »Zakir Həsənov Türkiyəyə səfərə gedib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı …
Read More »MN: “Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçisinin həlak olması məlumatı dezinformasiyasıdır”
Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır. Boyukmillet.com xəbər verir ki, bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni …
Read More »Azərbaycanın QHT rəhbərləri Ağdamdadır
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədirlər. Boyukmillət.com Reporta istinadən xəbər verir ki, onları QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi, Agentliyin sədr müavini Vüsal Quliyev müşayiət edirlər. Nümayəndə heyəti Ağdamda ermənilər tərəfindən 30 ilə …
Read More »Rusiya Qarabağda əndazəni aşdı: Ermənilərə “gənc döyüşçü” təlimləri keçirilir – FOTOLAR
10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsi və Laçın dəhlizinə yerlşdirilən Rusiya hərbi kontinigenti səlahiyyətinə aid olan missiyadan başqa hər işlə məşğuldur. Rus hərbçilər indi də Qarabağda gənclərə hərbi təlim xarakterli kurslar keçirlər. Boyukmillet.com Turkustan.az-a istinadən xəbər verir ki, “Gənc döyüşçü” adlandırılan təlimlərə əsasən 13-18 yaşlı erməni gənclər cəlb olunub. Keçmiş Ağdərə rayonu ərazisində keçirilən …
Read More »Polisi təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
Bakıda polisi təhqir edən vəzifəli şəxs işindən çıxarılıb. Nizami rayon 50 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Şirinov Arzuman Səttar oğlu tutduğu vəzifədən azad edilib. Buna səbəb nun bir neçə gün əvvəl polis rəisinin müavinini təhqir etməsi göstərilir. 50 saylı Mənzil Kommunal İstismar Sahəsindən A.Şirinovun işdən çıxarılması xəbərini təsdiqləyiblər. Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda A.Şirinov karantin rejimi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar