Cümə axşamı , 9 Aprel 2026

autor

Portuqaliya yığmasının futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Fransanın “Lill” klubunda çıxış edən Portuqaliya millisinin futbolçusu Renatu Sanşeş zədələnib. Boyukmillet.com  “LEquipe” nəşrinə istinadən xəbər verir ki, dizindən xasarət alan 24 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq. O, sentyabrda yaşıl meydanlara qayıda biləcək. Sanşeş dünya çempionatının seçmə mərhələsində Azərbaycan və İrlandiya ilə oyunları buraxacaq. Qeyd edək ki, Portuqaliya seçməsi DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 1-də İrlandiyanı qəbul edəcək, sentyabrın 7-də isə Bakı …

Read More »

Türkiyə ordusu daha 4 terrorçunu məhv edib

Türkiyə ordusunun bölmələri daha bir neçə terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, “Barış Pınarı” əməliyyat zonasına daxil olmağa çalışan 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Hərbçilər arasında itki yoxdur.

Read More »

Çavuşoğlu: “Əfqanıstandakı səfirliyimiz fəaliyyətini davam etdirəcək”

“Əfqanıstanda yaşayan, ancaq hazırda bu ölkədən qayıtmaq istəyən Türkiyə vətəndaşlarına hər cür şərait yaradılması üçün aidiyyəti qurumlarımızla əməkdaşlığımız davam edir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirib. M.Çavuşoğlu deyib ki, bununla əlaqədar nazirliyin çağrı mərkəzi həftənin bütün günləri 24 saat fəaliyyətdədir: “Biz Əfqanıstanda yaşayan vətəndaşlarımıza əvvəlcədən də münaqişə bölgəsindən uzaq olmaları ilə bağlı çağırış etmişdik. Bu gün …

Read More »

Ukrayna prezidenti merin ölümü ilə bağlı istintaqı şəxsi nəzarətinə götürüb

Ukrayna prezidenti Vladimir Zelenski Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinin meri Konstantin Pavlovun ölümü ilə bağlı istintaqı şəxsi nəzarətinə götürüb. Bu barədə ” Boyukmillet.com” Ukrayna mətbuatına istinadən xəbər verir. Zelenski həftənini ilk günü (16 avqust – Red) merin ölümü ilə bağlı hüquq -mühafizə orqanları rəhbərlərinin hazırladığı ilkin hesabatı dinləyəcək. Qeyd eədk ki, Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinin meri Konstantin Pavlovun meyiti tapılıb.

Read More »

Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bundan əlavə saat 20:37-dən 22:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd və Qaybalı yaşayış məntəqələri tərəfdən Şuşa şəhəri ətrafında …

Read More »

Ərdoğan: “Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir”

“Regionun və əlbəttə Əfqanıstanın bir an öncə istiqrara qovuşması üçün hər cür cəhdlərimizi artıracağıq, bu istiqamətdə Pakistanla əməkdaşlıq edəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun Tuzla rayonunda “Pakistan MİLGEM Layihəsi”nin ilk gəmisinin dənizə endirilmə mərasimində çıxış edərkən bildirib. R.T.Ərdoğan deyib ki, Əfqanıstanda gedərək artan gərginlik, Taliban Kabildə rəhbərliyi ələ keçirməsi Pakistana da öz təsirini göstərdiyinə görə, bu məsələdə Pakistan …

Read More »

Prezident: “İlk hədəfimiz Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi idi, indi yeni hədəflərimiz var” – VİDEO

“Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Ancaq bir çox ölkələr bunu görmək istəmirlər. Cəmi 13 ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıyıb. Bu da böyük nailiyyətdir. Çünki mən hakimiyyətə gələndə bu ölkələrin sayı sıfıra bərabər idi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsi zamanı bildirib. “Erməni soyqırımı”nı tanıyanlar Xocalını tanımaq istəmir. Saxta tarixi qəbul edir, ancaq real …

Read More »

Postmüharibə dövrünün ANTİSAZİŞ qüvvələri, İlham Əliyevin saziş determinizmi… Aydın QULİYEV yazır…

Vətən müharibəsinin bütün səhnələrində təcavüzə məruz qalmış ölkə olaraq Azərbaycanın bütün davranış və bəyanatlarının mütləq həqiqət olmasının sübuta ehtiyacı yoxdur. Həqiqətən də məgər biz kimlərəsə sübut etməliyik ki, Azərbaycan əks-hücum müharibəsini sonadək aparmaqda haqlı idi? Və ya kimisə inandırmalıyıq ki, ən müasir silah və texnikalardan istifadə etmək bizim  haqqımız idi? Çoxlu sayda mətləblərdən söz açmaq olar ki, müharibə günlərində Azərbaycanın …

Read More »

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »

Azərbaycan sülhməramlıları Əfqanıstanda xidmətlərini davam etdirirlər

Azərbaycan sülhməramlıları Əfqanıstanda Türkiyə sülhməramlıları ilə birlikdə xidməti davam etdirirlər. Bu barədə hərbi mənbələrdən məlumat verilib. Qeyd edilir ki, sülhməramlılarımız Əfqanıstanın paytaxtı Kabilin hava limanının mühafizəsini təşkil edirlər. Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı 20 noyabr 2002-ci il tarixindən Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin …

Read More »