Cümə axşamı , 9 Aprel 2026

autor

Dövlətin təhsilə olan diqqəti: prioritetlər və uğurlar ŞƏRH

Leyla Məmmədova: “Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, yeni məktəb, həmçinin məktəbəqədər təhsil müəssisələri, uşaq evləri tikilib və ya əsaslı təmir edilib” Ölkə Prezidenti cənab Prezident İlham Əliyevin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək …

Read More »

Türkiyə Suriyada şəhidlər verdi

Suriyada, “Fərat Qalxanı Hərəkatı” bölgəsində Türkiyə ordusuna məxsus zirehli avtomobilə terror hücumu nəticəsində 2 türk əsgəri şəhid olub, 2 əsgər yaralanıb. Bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir:  “”Fərat Qalxanı Hərəkatı” bölgəsində bir bazamıza doğru hərəkət edən zirehli avtomobilə edilən hücum nəticəsində iki qəhrəman əsgərimiz şəhid olmuş, iki qəhrəman əsgərimiz yaralanmış və dərhal xəstəxanaya aparılmışdır. Bu hücum …

Read More »

Fatma Yıldırım: Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür

Azərbaycan və Rusiya həm yaxın qonşular, həm də strateji tərəfdaş ölkələrdir. İki qonşu ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın çağırışlarına uyğun olaraq yeni müstəviyə qədəm qoyur. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir. Deputat bildirib ki, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır, Azərbaycanla Rusiyanın sıx əməkdaşlıq etmədiyi elə bir sahə yoxdur. Azərbaycanla Rusiya …

Read More »

PREZİDENTİN İRADƏSİNƏ ZİDD OLAN TƏXRİBATA “YOX!” DEYƏK!!!

Bir qrup media təmsilçisi və QHT rəhbəri Prezidentə müraciət edib ki, jurnalistlər üçün tikilən və hazırda tam hazır olan 3-cü binadakı evlər şəhid ailələrinə verilsin. Biz şəhid ailələrini heç də müraciətə imza atan şəxslərdən az sevmirik. Ancaq burada incə məqamlar var ki, onlara mütləq aydınlıq gətirilməlidir. Şəhid ailələri nəinki mənzillə təmin olunmalı, ümumiyyətlə dövlətin bütün qayğıları və digər güzəştlərilə əhatə …

Read More »

İranda silahlı qarşıdurmada 4 hərbçi öldürülüb

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində İslam Respublikasının İnqilab Keşikçiləri Qvardiyasının döyüşçüləri ilə silahlı dəstə arasında atışma nəticəsində 4 hərbçi ölüb. Boyukmillet.com İRNA-ya istinadən xəbər verir ki, məlumatı İnqilab Keşikçiləri Qvardiyasının Mətbuat xidməti yayıb. Bildirilib ki, silahlı qarşıdurma iyulun 24-də gecə saatlarında əyalətin Xaş şəhərində baş verib.

Read More »

Azərbaycan manatının dövretmə sürəti artıb

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,72 bənd təşkil edib. Boyukmillet.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk …

Read More »

Xarici jurnalistlər Ağdamda olub

Bir qrup əcnəbi jurnalist erməni işğalından azad edilmiş Ağdam şəhərini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Braziliya, Kolumbiya, Meksika və Böyük Britaniyadan olan jurnalistlər bütün dağıntıları öz gözləri ilə görüblər. Onlar Ağdamdakı Cümə məscidini ziyarət ediblər, erməni vandalizminin nəticəsi ilə – Çörək Muzeyi və Dram Teatrının dağıdılmış binaları ilə tanış olublar, Qarabağ xanlığının qurucusu Pənahəli Xanın sarayının yerləşdiyi “İmarət” kompleksinə baş …

Read More »

Jurnalistlər onlar üçün tikilən evlərin şəhid ailələrinə verilməsi ilə bağlı Prezidentə müraciət edib

Bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Məlum olduğu kimi, Azərbaycan tarixində yeni bir mərhələ başlanıb. Artıq ölkəmiz bütün dünyada qalib Azərbaycan kimi tanınır. Dövlətimizin yenilməz gücü, xalqımızın həmrəyliyi, Sizin ətrafınızda birləşərək dəmir yumruğa çevrilməsi dillərə dastandır. Əlbəttə, Azərbaycanın fəth etdiyi bu zirvənin ucalığı, …

Read More »

Şuşada 3 ölkə birgə sənəd imzalayacaq – Pakistanın da adı keçir

Yaxın gülərdə Türkiyə və Pakistan parlamentlərinin nümayəndə heyətləri Azərbaycana səfərə gələcək. Milli Məclisdə Azərbayacan, Türkiyə və Pakistan parlamentinin nümayəndə heyətlərinin birgə iclası keçiriləcək. Bu iclasdan sonra hər üç ölkənin parlament təmsilçilərinin Şuşaya səfəri gözlənilir. Əldə etdiyimiz məlumata görə, hər iki ölkədən təxminən 60 nəfərlik nümayəndə heyətləri Bakıya gələcək. Şuşada keçirilən toplantından sonra Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında xüsusi Bəyannamənin …

Read More »