Bazar , 5 Aprel 2026

autor

Azərbaycan BMT-də Ukrayna ilə bağlı səsvermədə yenə də iştirak etməyib

Fevralın 24-də BMT Baş Assambleyası Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsinin dördüncü ildönümündə “Ukraynada davamlı sülhə dəstək” adlı qətnamə qəbul edib. Ukraynanın suverenliyi, müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü təsdiqləyən sənədin lehinə 107 ölkənin nümayəndəsi səs verib. Qətnamənin əleyhinə 12 dövlət – Rusiya, Belarus, Burkina-Faso, Burundi, Kuba, Şimali Koreya, Eritreya, İran, Mali, Niger, Nikaraqua və Sudan səs verib. Daha …

Read More »

Gürcüstanda azərbaycanlı miqrantlar üçün ağır qadağalar gəlir: Hökumətə müdaxilə çağırışı- FOTO

Gürcüstanda 2026-cı il martın 1-dən etibarən qüvvəyə minəcək yeni qərar minlərlə miqrant üçün ciddi sosial-iqtisadi problem yarada bilər. Sənədə əsasən, xarici vətəndaşların taksi sürücüsü, kuryer və tur bələdçisi kimi çalışmasına tətbiq olunan kvota sıfırlanır. Bu isə faktiki olaraq həmin sahələrdə miqrant əməyinə qadağa qoyulması deməkdir. Qərarın xüsusilə Gürcüstanda çalışan azərbaycanlılara ağır təsir edəcəyi bildirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Read More »

İrana NOTA:  Amsterdam və Tehran arasında “çemodan krizi”

Niderland və İran arasında diplomatik münasibətlər qəfil yaranan “çemodan krizi” səbəbindən gərginləşib.Boyukmillet.com xəbər verir ki, Amsterdam rəsmi Tehranın hərəkətini beynəlxalq diplomatik qaydaların kobud şəkildə pozulması kimi qiymətləndirib.Hadisə Tehranın beynəlxalq hava limanında baş verib. Məlumata görə, Niderlandın İrandakı diplomatlarından birinin şəxsi baqajı (çemodanı) yerli təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq müsadirə edilib. Diplomatik toxunulmazlığa malik olan şəxsin əşyalarına bu cür müdaxilə diplomatik dairələrdə şok …

Read More »

ABŞ Ukraynanı Rusiyaya hücumlarla bağlı XƏBƏRDAR ETDİ

Tramp administrasiyası Ukraynanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanına hücumundan sonra bu ölkəyə xəbərdarlıq edib. Bu hücum Qazaxıstan neftini daşıyan boru kəmərini sıradan çıxarıb və Amerika investisiyalarına təsir edib. Boyukmillet.com xəbər verir ki, CNN bu barədə Ukraynanın ABŞ-dəkı səfiri  Olqa Stefanişinaya istinadən məlumat yayıb. Səfir qeyd edib ki, Dövlət Departamenti Kiyevi Amerikanın iqtisadi maraqlarına zərər vurmamağa çağıran rəsmi diplomatik bildiriş yayıb, lakin Ukraynadan …

Read More »

Bill Qeytsdən Epşteynlə bağlı ŞOK ETİRAF

“Microsoft”un qurucusu Bill Qeyts xeyriyyə fondunun əməkdaşları qarşısında amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinə görə üzr istəyib. Milyarder fondun ümumi toplantısı zamanı şəxsi həyatı ilə bağlı da açıqlamalar verib. O, həyat yoldaşına xəyanət etdiyini etiraf edərək, rus qadınlarla münasibətlər yaşadığını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qeyts qeyd edib ki, 2011-2014-cü illərdə Epşteynlə görüşüb, …

Read More »

AMEA Ramiz Mehdiyevlə bağlı məlumat YAYDI

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ibtidai istintaqı davam etdirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Mehdiyev Ramiz Ənvər oğlunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən çıxarılması məsələsi ilə bağlı Akademiya tərəfindən ictimaiyyətə bir neçə dəfə rəsmi açıqlama verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında qeyd olunub. Bildirilib ki, akademiyanın rəhbərliyi bir daha …

Read More »

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah …

Read More »

Danimarka öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır

Danimarka müdafiə naziri Troels Lund Poulsen nüvə proqramlarının birgə maliyyələşdirilməsi və ya Danimarka torpağında nüvə silahlarının saxlanması məsələsini müzakirə etməyə açıqdır. Boyukmillet.com xəbər verir ki, o, 24 fevralda Kiyevə səfəri zamanı “Politiken”ə verdiyi müsahibədə müzakirənin NATO çərçivəsində aparılmalı olduğunu vurğulayıb: “Bu o demək deyil ki, biz bunu burada və indi etməliyik. Amma mən hazırkı vəziyyətdə nüvə siyasətimizin bütün strukturunu müzakirə etməyə …

Read More »

İŞİD Suriya ordusuna hücum etdi

İŞİD terrorçuları Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində silahlı hücum həyata keçirib. Boyukmillet.com xəbər verir ki, məlumatı Suriya TV yayıb. Kanalın məlumatına görə, silahlılar İraqla sərhəddə yerləşən Bukamal şəhərində Suriya Ordusunun 86-cı Diviziyasının qərargahına hücum ediblər. Hökumət qüvvələri itki verib və onların sayı müəyyənləşdirilir. Dünən günortadan sonra Fərat çayının şərq sahilindəki əl-Bağuz və Sus rayonlarında Daxili Təhlükəsizlik Qüvvələrinin nəzarət məntəqələri atəşə tutulub. İŞİD …

Read More »

ABŞ-da dövlət vəsaitləri sahəsində fırıldaqçılığa qarşı mübarizə başladı

ABŞ prezidenti Donald Tramp dövlət vəsaitlərinə münasibətdə fırıldaqçılıqla mübarizə kampaniyasına başlayıb. Boyukmillet.com xəbər verir o, bu barədə Konqresdəki illik çıxışında məlumat açıqlayıb. Trampın sözlərinə görə, kampaniyaya rəhbərliyi vitse-prezident J.D.Vens həyata keçirəcək: “Bu gecə, dörd ay əvvəl başlasa da, mən rəsmi olaraq görkəmli vitse-prezidentimiz J.D. Vensin rəhbərliyi ilə fırıldaqçılığa qarşı müharibə elan edirəm”.

Read More »