Cümə axşamı , 9 Aprel 2026

autor

Çempionlar Liqası: “Neftçi”nin potensial rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Boyukmillet.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq. Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək. II raundda Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq “ağ-qaralar” püşkatmada səpələnmişlər səbətində yer alacaq. Azərbaycan çempionu üçün 5 mümkün rəqib var. Yalnız “Alaşkert” (Ermənistan) – …

Read More »

Gənc cüdoçularımız Avropa kuboku turnirini 4 medalla başa vurublar

Praqada gənc cüdoçular arasında keçirilən Avropa kuboku uğrunda turnirdə Azərbaycan komandası 4 medal qazanıb. Boyukmillet.com xəbər verir ki, turnirin ikinci günündə daha bir cüdoçumuz medal əldə edib. Belə ki, qızlar arasında mübarizə aparan Könül Əliyeva (48 kq) yalnız finalda məğlub olaraq ikinci yeri tutub. Qeyd edək ki, bundan əvvəl komandamızın üzvləri Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq) oğlanların yarışında …

Read More »

Prezident İlham Əliyev: “Bu gün qarşımızda ərazilərin minalardan təmizlənməsi və yenidənqurma ilə bağlı böyük çağırış dayanır”

Azad edilmiş ərazilərimizdə görüləcək işlərimiz çoxdur. Biz 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıyıq. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan – 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. Onlar avtomobillə hərəkət edərkən İkinci Qarabağ müharibəsi dayandıqdan sonra – ermənilərə həmin əraziləri …

Read More »

Fransa Ermənistanı Qafqazda şəxsi forpostuna çevirməyə çalışır

“Bəzi məlumatlara görə Fransa və Ermənistan diplomatları Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatını hüquqi qüvvədən salmaq üçün Yerevan, Paris və BMT-nin qərargahının yerləşdiyi Nyu-Yorkda intensiv görüşlər keçirirlər. Bildiyiniz kimi, bu sənədi Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıblar. Bu bəyannamə bölgədəki müharibəni dayandırıb”. Boyukmillet.com xəbər …

Read More »

Peru prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib – FOTO

Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Peru Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Fransisko Saqastiyə təqdim edib. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, videkonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq, Prezident Fransisko Saqastiyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Peru prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident …

Read More »

Almaniyada təyyarə qəzaya uğradı, ölənlər var

Almaniyanın Baden-Württemberg əyalətinin Böblinqen bölgəsində yüngül mühərrikli bir təyyarə qəzaya uğrayıb. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə SWR televiziya və radio şirkəti məlumat yayıb. Bildirilir ki, qəza nəticəsində üç nəfər ölüb. Ölənlərin şəxsiyyətləri müəyyən edilməyib. Cəsədlərin axtarışı üzrə işlər davam etdirilir.

Read More »

ABŞ-da atışma olub, ölən və yaralananlar var

Amerikanın Sakramento şəhərində (Kaliforniya) atışma olub. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı iki nəfər ölüb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, hadisə cümə günü yerli vaxtla saat 23:45 radələrində baş verib. Silahlı insidentdə dörd nəfər yaralanıb. Polis hadisə yerində bir neçə odlu silah tapıb.

Read More »

Olimpiyaçı cüdoçularımız

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı 7 kişi və 2 qadın cüdoçu təmsil edəcək.  Boyukmillet.com  Azərbaycan Cüdo Federasiyasının bununla bağlı hazırladığı videonu təqdim edir…

Read More »

Mahir Emreli qol vurub penalti qaçırdı, “Legiya” uduzdu

Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib. Boyukmillet.сom-un məlumatına görə, mövsümün ilk titulu uğrunda görüşdə çempion “Legiya” ilə kubokun qalibi “Rakuv” komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın ehtiyat oyunçular skamyasında yer alıb. O, 58-ci dəqiqədə meydana daxil olub. 10-cu dəqiqədə “Rakuv” Fran Tudorun qolu ilə önə keçib. “Legiya”nın bərabərlik …

Read More »

İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, həmin mətni təqdim edirik: “Hörmətli həmvətənlər! Sizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban …

Read More »