Cümə axşamı , 9 Aprel 2026

autor

İlham Əliyev: “Qələbəmiz və hazırkı proseslər Azərbaycan-Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir”

“Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətində deyib. “İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər …

Read More »

Azərbaycan Avropa İttifaqı ilə Qarabağın bərpasına dair müzakirələr aparıb

“Ölkəmiz Avropa İttifaqı (Aİ) ilə uğurlu iqtisadi ticarət tərəfdaşlığı həyata keçirir”. Boyukmilet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib. “Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşümüzdə həmkarım, energetika naziri Pərviz Şahbazovla birgə işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ-nın təklif etdiyi maliyyə alətləri və investisiyalar üçün …

Read More »

Azərbaycan pullu yolların yaradılmasında Türkiyə ilə əməkdaşlıq edəcək

Azərbaycan Türkiyə ilə ödənişli avtomobil yollarının və müasir ödəniş sisteminin yaradılması sahəsində əməkdaşlıq edəcək. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub. Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə tərəfdən isə Nəqliyyat və İnfrastruktur Nazirliyi həyata keçirəcək.

Read More »

Bakı-Tiblisi-Qars dəmir yolu Qars Logistika Mərkəzi ilə birləşdiriləcək

Bakı-Tiblisi-Qars dəmir (BTQ) yolu xətti Türkiyənin Qars vilayətində strateji xarakter daşıyan logistika mərkəzi ilə birləşdiriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub. Sənədə əsasən, fəaliyyətin icrasını Türkiyə tərəfdən Nəqliyyat və İnfrastrukktur Nazirliyi və Dövlət Dəmir Yoları, Azərbaycan tərəfindən isə “Azərbaycan Dəmir Yolları” QSC həyata keçirəcək. Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və …

Read More »

Türkiyədə yaşayan azərbaycanlı məcburi köçkünlərin hüquqi statusu rəsmiləşdiriləcək

Türkiyədə məskunlaşan Azərbaycan və Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdiriləcək Boyukmillet.com-un xəbərinə görə, 1990-2000-ci illəri arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyəyə köçmüş və hazırda heç bir hüququ statusu olmayan, o cümlədən tibbi və sosial sığortası olmayan, təhsil, notarius və s. kimi haqlardan yararlanmayan Azərbaycan vətəndaşlarının hüquqi statusunun 2021-2022-ci illərdə rəsmiləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, …

Read More »

Azərbaycan və Türkiyə Hava Nəqliyyatı Müqaviləsi imzalayacaq

Bu ilin sonuna qədər Azərbaycan və Türkiyə arasında Hava Nəqliyyatı Müqaviləsi imzalanacaq. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub. Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə tərəfdən isə bu ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi, Mülki Aviasiya İdarəsi həyata keçirəcək.

Read More »

Tbilisidə Nizami Gəncəviyə həsr olunan tədbir keçirilib

Tbilisidə Axundov adına İncəsənət Qallereyasında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib.“Report”un yerli bürosu xəbər verir ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyi və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib ki, Prezident İlham Əliyevin bu ili “Nizami Gəncəvi İli” elan etməsi şairin şəxsiyyətini, …

Read More »

Azərbaycan nefti 3 %-dək ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,94 ABŞ dolları, yaxud 2,55 % azalıb. Boyukmillet.com  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 74,14 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən abidə ucaldılacaq

Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərini təcəssüm etdirən abidə ucaldılacaq. Boyukmillet.com-un xəbərinə görə, abidə Azərbaycan dövlətinin I Dünya müharibəsində Osmanlı imeratorluğu ilə eyni cəbhədə mübarizə apardığını və “İki dövlət və bir millət” ruhunu nümayiş etdirəcək. Abidənin 2021-2022-ci illərdə ucaldılması nəzərdə tutulur. Abidənin yeri hələ ki, müəyyənləşdirilməyib.

Read More »

Azərbaycanda beynəlxalq müdafiə sərgisi keçiriləcək

2022-ci ildə Azərbaycanda “ADEX-2022” Beynəlxalq Müdafiə sərgisi keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, sərgiyə Türkiyə firmalarının da qoşulması koordinasiya ediləcək. Azərbaycan sərgidə Türkiyə istehsalı olan müdafiə sənayesi məhsulları və sistemlərinin satışına dəstək göstərəcək.

Read More »