Çərşənbə , 8 Aprel 2026

autor

Ərdoğan: “2025-ci ilə qədər su qıtlığı səbəbindən 700 milyon insan köç edəcək”

“Suyun qapalı sistemlə yayılması istiqamətində fəaliyyət göstərəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidenti iqamətgahında “Suyun gücü millətə qovuşur” adlı toplantıdakı çıxışında deyib. “Suyumuzu qorumaqla vətənimizi qoruyuruq” ifadələri arasında heç bir fərq yoxdur. 2040, 2050 və 2070-ci illərə qədər suyun verilməsi planını tutacağıq. İçməli su probleminin yaranmasının ən böyük səbəbi itkidir. Bələdiyyələrimizin bu itkini 38 faizdən …

Read More »

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəldi

Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

Read More »

Prezident yolların tikintisinə 6,8 milyon manat ayırdı

Prezident İlham Əliyev “Salyan rayonunun Salyan–Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Salyan–Neftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı …

Read More »

Bakı-Tbilisi-Qars ilə bu il 11 084 TEU konteyner daşınıb

Ötən ay ərzində “TURKUAZ” layihəsi çərçivəsində hər iki istiqamətdə ümumilikdə 222 konteyner daşınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner” məlumat yayıb. Bildirilir ki, ötən ay Azərbaycandan Türkiyəyə 4 konteyner blok qatarında, əsasən, kimya sənayesi məhsulları ilə yüklənmiş 82 konteyner yola salınıb. Konteynerlərdən 72-si 45 futluq, 10-u isə 20 futluq olub. Azərbaycandan Türkiyəyə bu müddət ərzində “TURKUAZ” exspress blok qatarları ilə ümumilikdə 2 214 ton yük daşınıb. Bu …

Read More »

BNA: Sədərəyə yeni avtobuslar işləyəcək

Dövlət başçısının tapşırığına əsasən vətəndaşlara daha keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə marşrut xətlərinin yenilənməsi davam etdirilir. Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Məlumata görə, bu çərçivədə 6 iyul 2021-ci il tarixdən 211 nömrəli müntəzəm marşrut xətti (Aşıq Molla Cümə küçəsi-“Sədərək” ticarət mərkəzi) üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus 12 metrlik müasir, sərnişindaşıma tələblərinə cavab verən avtobuslarla icra ediləcək. Sərnişin tələbatı nəzərə alınaraq marşrutun …

Read More »

“Neftçi”nin rəqibi iki legioneri ilə vidalaşdı

“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın “Dinamo” (Tbilisi) komandası iki futbolçusu ilə yollarını ayırıb. Boyukmillet.com klubun rəsmi saytına istinadən xəbər verir ki, Tbilisi təmsilçisi ispaniyalı müdafiəçi Viktor Monçil və slovakiyalı yarımmüdafiəçi Filip Orşula ilə vidalaşıb. Hər iki legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, “Dinamo” və “Neftçi” arasında ilk oyun iyulun 7-si Bakı vaxtı …

Read More »

Rusiya Əfqanıstandakı Baş Konsulluğunun fəaliyyətini dayandırıb

Rusiya Əfqanıstanın şimalında vəziyyətin gərginləşməsi ilə əlaqədar bu ölkənin Məzari-Şərif şəhərindəki Baş Konsulluğunun fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci İdarəsinin direktoru Zamir Kabulov iyulun 5-də TASS-a bildirib. Onun sözlərinə görə, bir çox konsulluq fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Read More »

“Xosrov və Şirin” serialı çəkilir

Nizami Gəncəvinin 880 illiyinə həsr edilən 12 bölümdən ibarət “Xosrov və Şirin” bədii-serialının çəkilişləri davam edir. “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, “Xosrov və Şirin” serialında poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub. Müasir psixoloji dram strukurunda olan serialın qayəsi həm müasir tamaşaçıları Nizami Gəncəvi yaradıcılığıyla tanış etmək, həm də onun ədəbi kəlamlarını bir daha diqqətə çatdırmaq, gələcək nəsillərə …

Read More »

16 vəzifəli tibb işçisi nöqsanlara görə işdən çıxarıldı – Rəsmi məlumat yayıldı

Əlilliyin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə tibb müəssisələrində araşdırma aparılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə. əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın, obyektivliyin təmin edilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində Agentlik tərəfindən davamlı tədbirlər görülür. 2021-ci ilin ilk altı ayı ərzində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində …

Read More »