2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi komanda-qərargah təlimi başlayıb. Boyukmillet.com xəbər verir ki, komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun “həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılıb. Qoşunların fəaliyyətinin düşmənin hava kəşfiyyat vasitələrindən gizlədilməsi məqsədilə onların ərazidə maskalanması aparılıb. Maskalanma zamanı idarəetmə məntəqələrinin, cəmləşmə …
Read More »Buraxılış imtahanlarının nəticələri elan olunub
Dövlət İmtahan Mərkəzi 22 və 23 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan odib. Boyukmillet.com xəbər verir ki, nəticələr barədə https://eservices.dim.gov.az/2021/netorta/ daxil olmaqla tanış olmaq mümkündür.
Read More »Lavrov Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasında emosiyaları qızışdırmamağa çağırıb
“Moskva sərhədlərin demarkasiyası işlərində Yerevana və Bakıya kömək etməyə hazırdır. Bir dəfə də olsun, atəş açılmayıb, orada heç bir toqquşma baş verməyib. Tərəflər oturub sakit şəkildə bu vəziyyətin necə həll ediləcəyi barədə razılığa gəlməyə başlayıblar. Biz yardım göstərmişik, razılaşma əldə olunub”. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib. “Bu qədər sakit şəkildə …
Read More »Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bakıda səfərdədir
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Bakıya səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, o, səfər çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb. “Bu gün Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımla görüşdüm. Görüşümüz çox məhsuldar keçdi”, – diplomat vurğulayıb. Ş.Ayrım həmçinin, Azərbaycan Milli Məclisinin Türkiyə parlamenti ilə Dostluq Qrupunun rəhbəri, deputat Əhliman …
Read More »Azərbaycan Ordusu təlimlərin növbəti mərhələsini icra edir
Təlimlərdə plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır. Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.
Read More »Nizami ili ilə bağlı yeni layihə həyata keçirildi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi paytaxtın gənclər evləri ilə birlikdə 2021-ci il – Nizami ilinə həsr olunmuş layihə həyata keçirib. Bu barədə “Report”a idarənin rəisi Rafiq Abbasov məlumat verib. O bildirib ki, layihə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən ərsəyə gətirilib. Bu məqsədlə paytaxtda Nizami Gəncəvinin adını daşıyan 6 məkan seçilib. Gənclər evinin fəalları, üzərlərində Nizami Gəncəvinin “Xəmsə” …
Read More »Bakı-Gəncə qatarı Bakı-Sumqayıt dəmir yolu xəttinə cəlb edilir
Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı -Sumqayıt xəttinə yönəldilmişdi Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC açıqlama yayıb. Məlumatda deyilir ki, mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyindən həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir …
Read More »Prezident Nic qəsəbəsində məktəb tikintisinə 1,5 milyon manat ayırdı
Prezident İlham Əliyev “Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon …
Read More »Prezident Qəbələdə yol tikintisinə 5 milyon manat ayırdı
Prezident İlham Əliyev “Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin …
Read More »AzTV-də maliyyə yoxlaması… – Açıqlama
“Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC illik maliyyə hesabatı ilə bağlı bəzi informasiya resurslarında yayılan məlumatlara aydınlıq gətirib. TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, şirkətin Aztv.az rəsmi internet saytının “Haqqımızda” bölməsində 2019-cu ili əhatə edən illik maliyyə hesabatları yerləşdirilib. Məlumatda qeyd edilib ki, bu hesabatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar