Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Şuşada “Xarıbülbül” festivalı çərçivəsində bu gün qala konsert keçiriləcək

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunan “Xarıbülbül” musiqi festivalı bu gün qala konsertlə davam etdiriləcək. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünən başlayan festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən …

Read More »

Bayram günlərində ictimai nəqliyyata qoyulan qadağanın səmərəliliyi dərin mübahisələr doğurur…

Bayram günlərində ictimai nəqliyyatın xidmət göstərməməsini koronovirusla mübarizə tədbirləri kimi göstərirlər. Əsaslandırması budur ki, insanlar evdə qaldıqları üçün avtobuslara minib axışacaqlar şəhərə. Bunun da nəticəsində xəstəlik çoxalacaq. Bəs real vəziyyət necədir, insanlar şəhərə gedə bilirmi? Müşahidələr göstərir ki, paytaxt əhalisi bu problemin asan həllini tapıb. Taksi sürücüləri adambaşı 1 manatdan Bakının əksər yerlərinə müştəri daşıyırlar. Bu da insanların işini rahatlaşdırıb. …

Read More »

“Muğamımızın sədaları erməni vətəndaşlarımızın yaşadığı Xankəndində də eşidiləcək” – Elmədddin Behbudun yazısı

Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı və bütövlükdə Qafqazın konservatoriyası olan Şuşada erməni işğalı səbəbindən yaranan uzun fasilədən sonra bu gün “Xarıbülbül” musiqi festivalı yenidən başlayır. Bu, Lələtəpədən Arazboyu uzanan vətən torpaqlarına boylanmağı tutya sayan xalq, 28 il dünyasını dəyişən yaxınlarının məzar yeri kimi doğma yurdunu vəsiyyət etdiyi insanlar üçün sözlə ifadə olunmayacaq dərəcədə böyük xoşbəxtlikdir. İndi nəinki azərbaycanlılar, cəmi 200 …

Read More »

Cıdır düzündə 29 il əvvəlki şəkli ilə foto çəkdirdi – FOTO

Musiqiçi, Əməkdar artist Fuad İbrahimovun 29 il əvvəl Cıdır düzündə çəkdirdiyi fotosu sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub. Boyukmillet.com xəbər verir ki, sənətçi Şuşanın işğalı zamanı doğulduğu şəhəri tərk edərkən Cıdır düzündə lentə alınmış foto ilə eyni yerdə şəkil çəkdirib. “1992-ci ilin yanvar ayında 9 yaşım var idi. Hadisələr çox gərgin idi. Bir çox ailələr kimi, bizi də helikopterlə Cıdır düzündən …

Read More »

Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib

Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusu Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalı çərçivəsində təqdim edilib. Boyukmillet.com xəbər verir ki, “Əbədi imzalar” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Nəşr Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması …

Read More »

İlham Əliyev: “Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”

“Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalının açılışında çıxış edərkən deyib. “Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev …

Read More »

Prezident Şuşada bərpa edilən “Xan qızı” bulağında olub

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xan qızı” bulağında olublar. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı və ailə üzvləri bulağın suyundan içiblər. Prezident İlham Əliyev deyib: “Xan qızı Natəvan” bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına …

Read More »

Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

Mayın 12-də Şuşada yeni məscidin təməli qoyulub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər. Məscidin təməlini qoyan Prezident İlham Əliyev çıxış edərək deyib: – Bu gün Şuşa şəhərində yeni məscidin təməlini qoyduq. Şuşada yeni məscid tikiləcəkdir. Məscidin tikintisi ilə bağlı qərarı mən çoxdan vermişdim. Şuşa şəhəri …

Read More »

Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib

Bu gün Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçirilib. Boyukmillet.com-un xəbərinə görə, festival yaxın dəqiqələrdə televiziya kanalları vasitəsilə yayımlanacaq. Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Cıdır düzündə təşkil olunub.

Read More »